Kolorado kartof böcəyinə qarşı mübarizə tədbirləri
2021-04-26 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əməkdaşlarının apardıqları müşahidələrin nəticələrinə görə kolorado kartof böcəyi Tovuz, Şəmkir və Gədəbəy rayonlarında daha geniş yayılmışdır. Zərərverici kartof becərilən digər rayonlardaki əkinlərə də ciddi ziyan vurur.
Bitkilərin ilk böyümə dövründə (yazda) böcəklər yumurtalarını torpağa yaxın olan iri yarpaqların alt səthində, yayda isə kolların orta yarusunda əmələ gələn yarpaqların alt səthinə qoyurlar. Yumurta qoyarkən dişi fərdlər özlərindən havada tez quruyan yapışqanlı maye buraxıb, onun köməyi ilə yumurtalarını yarpaqlara yapışdırırlar ki, bu da külək və yağışın təsirindən yarpaqlardakı yumurtaların tökülməsinin və tələf olmasının qarşısını alır. Hava şəraitindən asılı olaraq, yumurtanın inkişafı 5-15 gündə başa çatır və onlardan sürfələr çıxır. Sürfə inkişafını 16-34 gündə qurtarır, bu müddətdə üç dəfə qabıq dəyişməklə, 4 yaş keçirir. Sürfələrin bitkilərlə ilk qidalanması yarpaqların alt tərəfindən, yəni yumurtadan çıxdığı yerdə başlayır. Onlar yarpağı gəmirib kiçik deşiklər açırlar. Çox keçmədən sürfələr qidalandığı bitkini sirayətləndirirlər. Hər bitkidə 30-40 sürfə və böcək olduqda, yarpaqların yarısından çox hissəsi və bəzən tamamilə yeyilmiş olur. Bitkilər üzərində yarpaq çatışmadıqda axırıncı yaşda olan sürfələr və yetkin fərdlər kolların gövdələrini də gəmirib, onları lütləşdirirlər. Qida çatışmadıqda zərərverici yaxındakı bitkilərə keçib, onlarla qidalanır. Məhsulun 40-50% azalmasına səbəb olur. Yağışlı və küləkli hava şəraitində zərərverici yarpaqların alt tərəfinə toplaşır. Əlverişli şərait olduqda onlar bitkiləri yenidən zədələyirlər.
Kolorado kartof böcəyi quş üzümü fəsiləsinə mənsub olan kartof, tütün, pomidor, bibər, badımcan və digər mədəni bitkilərlə qidalanmaqla bərabər, eyni zamanda bənənotu, xamotu, dəlibəng, quşüzümü və sair yabanı bitkilərlə də qidalanır. Zərərverici günün bütün vaxtlarında, dişi fərdlər isə gecə vaxtlarında daha çox qidalanır. Zərərverici bitkilərin qönçələmə, çiçəkləmə vaxtlarında daha çox ziyan vurur.
Təbiətdə kolorado kartof böcəyinin artıb çoxalmasının qarşısını bir sıra faydalı həşəratlar, gənələr, hörümçəklər və s. canlılar alır. Yırtıcı karabid böcəklərindən gözəlbədən, qırmızıyanaq, qızılnöqtəli və s. sahələrdə zərərvericinin yumurta, sürfə, pup və hətta yenicə əmələ gəlmiş böcəkləri ilə qidalanır.
Mübarizə tədbirləri:
zərərvericiyə yoluxan zonalardan əkin və ərzaq məqsədilə kartof yumrularının daşınması yolverilməzdir;
daxili karantin sertifikatı olmadan karantin qoyulmuş zonadan kolorado kartof böcəyindən azad zonaya kartofun ərzaq məhsulu kimi gətirilməsi, bazarlarda və digər iaşə obyektlərində satışı qadağan olunurmalıdır. Respublikamızda kartofun bir rayondan digərinə göndərilməsi daxili karantin fitosanitar sertifikatı əsasında həyata keçirilməlidir;
məhsul yığıldıqdan sonra sahədə kultivasiya aparılaraq, torpağın üst qatına düşən yumrular toplanmalıdır. Bu tədbir sahələrdə lazımsız kartof kollarının əmələ gəlməsinin qarşısını almaqla böcəklərin yem ehtiyatını azaldır;
kartof kollarının zərərvericiyə qarşı davamlılığını artırmaq məqsədilə sahələr vaxtında gübrələnməli, yumşaldılmalı və bitkilərin dibi yaxşı doldurulmalıdır. Dibdoldurma eyni zamanda zərərvericinin aşağı yaruslarda qoyduğu yumurtalarının, torpaqdakı puplarının və əlverişsiz şərait nəticəsində gizlənən böcəklərinin məhvinə səbəb olur;
məhsul yığımından 7-10 gün əvvəl kartof kolları biçilib sahədən çıxarılmalıdır. Bu tədbir qışlamaya hazırlaşan böcəklərin qidadan məhrum olmasına və müəyyən hissəsinin məhv olmasına şərait yaradır;
Kimyəvi mübarizədə istifadə olunan preparatların əksəriyyəti günün qızmar vaxtlarında yaxşı nəticə verir, çünki zərərvericinin istər sürfələri, istərsə də yetkin fərdləri həmin vaxt bitkilərin orta və yuxarı yaruslarına daha çox toplaşır və intensiv
qidalanır;
zərərvericiyə qarşı aşağıdakı pestisidlərin birindən istifadə olunması məsləhət görülür: biopestisidlər: Aversektin–C (Fitoverm), Bacillus Thuringiensis (Bitokcibasillin), kimyəvi prepatlardan: Thiametoksam, Asetamiprid, İmidokloprid, Fipronil və s. Mübarizənin 1 və 2 yaşlı sürfələrə qarşı aparılması daha səmərəlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır