Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
2021-05-07 00:00:00
Cari ilin yanvar ayının ilk günlərindən başlayaraq Aqrar Xidmətlər Agentliyi (AXA) ölkədə «Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə və diaqnostik müayinə tədbirlərinə start verib.
Rayon ərazisində epizootik sabitliyin qorunub saxlanılması üçün Quba Rayon Baytarlıq İdarəsi və 19 sahə baytarlıq məntəqəsi ayrı-ayrı vətəndaşlara və fermer təsərrüfatlarına məxsus 57 min baş iribuynuzlu, 197 min baş xırdabuynuzlu, 3300 baş təkdırnaqlı heyvanlara, 5900 baş itə, 400 min baş quşa və 22600 ədəd arı ailəsinə baytarlıq xidməti göstərirlər.
AXA bildirir ki, ilin əvvəlindən indiyə kimi Quba Rayon Baytarlıq İdarəsi və sahə baytarlıq məntəqələrinin əməkdaşları tərəfindən 48931 baş iribuynuzlu, 188282 baş xırdabuynuzlu , 3026 baş təkdırnaqlı heyvanlarda qarayara, 1099 baş itdə quduzluq və 50102 baş iribuynuzlu heyvanlarda dabaq xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılıb.
Vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kənd ətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplaşdığı yerlərə 300 doza miqdarında tələ yemi qoyulmuşdur.
Rayon ərazisində heyvanların vaksinasiyası ilə yanaşı, müayinə tədbirləri də aparılır. Belə ki, cari ilin 4 ayı ərzində 960 baş təkdırnaqlı heyvanlarda manqoya görə maleinizasiya müayinəsi aparılıb, eləcə də 493 baş iribuynuzlu heyvanlardan bruselyoza görə qan nümunəsi götürülərək seroloji müayinə üçün laboratoriyaya göndərilib.
Eyni zamanda cari ilin 4 ayı ərzində 210 baş yerli və 40 baş cins heyvanda yoluxmayan xəstəliklərə görə müalicə işi həyata keçirilib. Heyvanların cins tərkibinin yaxşılaşdırıması məqsədi ilə cari ilin 4 ayı ərzində 890 baş heyvanda süni mayalama aparılıb, 482 baş buzov alınıb.
Hal-hazırda rayon ərazisində iribuynuzlu heyvanlarda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirləri davam etdirilir. Həmçinin sahibi bəlli itlərdə quduzluğa qarşı vaksinasiya aparılır və vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kənd ətrafı və meşə ərazilərinə aldadıcı yemlər qoyulur.
Cari ilin 4 ayı ərzində rayonda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, 14350 kvadratmetr ərazidə məcburi dezinfeksiya işləri aparılıb.
Rayonda epizootik tədbirlərin aparılması “Soyuq zəncir” rejiminə düzgün riayət olunması üçün baytarlıq idarəsi lazımı ləvazımat və avadanlıqlarla təmin edilib.
Qeyd edək ki, tədbirlər çərçivəsində maarifləndirmə işi də aparılaraq, həm xüsusi təhlükəli, həm də yoluxmayan xəstəliklər barədə təsərrüfat sahibləri məlumatlandırılır. Mövsümi xəstəliklərə, o cümlədən qan-parazitləri, helmintozlar və digər xəstəliklərə qarşı heyvan sahibinin hesabına aparılacaq tədbirlər barədə məsləhətlər, həmçinin risklər (xəstəliklərin yaranma, ötürülmə, yoluxma, idarə olunma, azaldılma və qarşısının alınması) və yeni yanaşmalar barədə ətraflı məlumatlar verilir.
Mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər.
AXA bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün lazımi tədbirlər davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır