Soya əkininə başlanılıb
2021-04-26 00:00:00
Soyanın əhəmiyyəti:
Soya əkin sahəsinə görə dənli-paxlalı bitkilər arasında birinci yeri tutur.
Əsasən ərzaq, yemlik və texniki məqsədlər üçün əkilir.
Soyanın dənində 33-45% zülal, 25-27%yağ, 25-27% karbohidratlar vardır.
Dənində olan zülal arpaya nisbətən 3,6, qarğıdalı dəninə nisbətən isə 4 dəfə çoxdur. Dünyada bitki yağının istehsalına görə soya birinci yeri tutur.
Soya unu, jmıxı və cecəsi heyvanlar üçün çox dəyərli yemdir.
1 kq soya dənində 1,31-1,47 yem vahidi,
275-338 qram həzm olunan protein vardır.
Yüksək və keyfiyyətli məhsul almaq üçün aqrotexniki tədbirlər sistemini düzgün və ardıcıl yerinə yetirilməsi məqsədəuyğundur.
Soya üçün ən yaxşı sələf payızlıq taxıl bitkiləri hesab olunur.
Qarğıdalıdan və yazlıq taxıl bitkilərindən sonra da səpmək olar.
Pambıq becərilən bölgələrdə soya üçün ən yaxşı sələf pambıq bitkisi hesab olunur.
Soya əkiləcək sahələrin su ilə yaxşı təmin olunan, şabalıdı, açıq şabalıdı, boz qonur torpaqlar olması daha faydalıdır.
Şoran və şorakətli torpaqlardan başqa digər torpaqlar soya bitkisi üçün əlverişlidir.
pH 6,5-7,0 olan neytral reaksiyalı torpaqlarda daha yaxşı inkişaf edir.
Soyanı soyadan, günəbaxandan, birillik dənli-paxlalılardan, çoxillik paxlalı yem otlarından sonra əkmək məqsədəuyğun hesab olunur.
Gübrələnməyə həssas bitkidir
Əkin sortları (hibridləri) : Plamya, Bravo, Asya, kolos, Rubin və digərləri.
Soyanın səpini: Toxumlar nitraginlə yoluxdurulduqda hektara təsiredici maddə hesabı ilə 60 kq və ya fiziki çəkidə 176 kq azot, yoluxdurulmadıqda isə 90 kq və ya 264 kq azot gübrəsi (NH4NO3) verilir.
Azot gübrəsinin 30 %-i səpinqabağı torpağa verilir.
Bölgələrdən asılı olaraq səpin aprel ayının 3-cü və may ayının 1-ci ongünlüyündə aparılır. Səpindən əvvəl toxumlar hektara 200 qram olmaqla rizotorfin və yaxud da nitraginlə işlənməlidir. Həmin miqdar rizotorfin 1,2 litr suda həll edilərək toxuma çilənməlidir.
Səpin əkin qatında temperatur 14-160 C olduqda aparılır. Min dənin kütləsindən və təsərrüfat yararlığından asılı olaraq hektara 50-60 kq (250-300 min ədəd) cücərə bilən toxum səpilir. Soya gencərgəli, yəni cərgəarası 60-70 sm olmaqla səpilir. Səpindən dərhal sonra suvarma aparılır. Torpağın su-hava xassələrini yaxşılaşdırmaq üçün çıxış alınana qədər sahəni 1 iz və çıxış vaxtı 1-2 iz KPN-38, yaxud torlu mala ilə malalamaq lazımdır.
Bitkilərin normal böyümə və inkişafı üçün şum altına verilən gübrələrlə yanaşı azotun illik normasının 2-ci 40%-i çıxış alınandan 2-3 həftə sonra verilir, kultivatorla yumşaldılır və suvarma aparılır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır