Çəyirtəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir
2021-05-17 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində cəyirtkəkimilərə qarşı 2612 hektar sahədə kimyəvi mübarizə tədbirləri aparılıb.
Mübarizə tədbirləri əsasən Ağstafa rayonu ərazisində 1785 hektar, Cəbrayıl rayonu ərazisində 300 hektar, Samux rayonu ərazisində 75 hektar, Tərtər rayonu ərazisində 359 hektar, Zəngilan rayonu ərazisində 92,5 hektar sahədə aparılıb. Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Qeyd edək ki, tarixən ölkəmizdə Mərakeş çəyirtkəsi əsasən yovşanlı sahələrdə yaşayıb çoxalmaqla 34 rayon ərazisində qeydə alınıb. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir.
Mərakeş çəyirtkəsi qışı yumurta mərhələsində, xüsusi küpəciklər içərisində torpağın 2-7 sm dərinliyində keçirir. Dişi fərdlər 2-3 küpəcik qoyur və hər küpəcikdə 18-48 yumurta olur. Mərakeş çəyirtkəsinin sürfələri Azərbaycan şəraitində martın axırları və aprelin əvvəllərində görünməyə başlayırlar. Mühit şəraitindən asılı olaraq sürfələr 30-60 günə inkişafını başa çatdırır, yetkin dişilər isə 2-3 ay qidalanır, yumurta qoyaraq məhv olurlar.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır