Çəyirtəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir
2021-06-07 00:00:00
Şəki-Zaqatala bölgəsində Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən çəyirtəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Belə ki, ötən il Gürcüstan Respublikasının ərazisindən miqrasiya etmiş italiya çəyirtkəsi Qax rayonun Ağyazı və Şəki rayonunun Çayqaraqoyunlu ərazilərinin otlaq sahələrində məskunlaşmışdır. Aqrar Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən Qax rayonun Ağyazı ərazisində 105 ha sahədə, Şəki rayonun Çayqaraqoyunlu ərazisində 20 ha sahədə italiya çəyirtkəsinin sürfələrinin populyasiya sıxlığının dəfələrlə çox olduğu müəyyən edilmişdir. Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən operativ şəkildə İtaliya çəyirtkəsinə qarşı 125 ha sahədə ultra kiçik həcmli çiləyici vasitəsilə kimyəvi mübarizə tədbiri aparılmışdır .
Qeyd edək ki, İtalya cəyirtkələri sarımtıl, tünd- qonur və ya açıq boz rəngdə olurlar. Bədənlərinin uzunligu 14-41 mm arsında dəyişir.Öndöşu üzərində üç qabırga və ön ayaqlarının çanaqları arasında barmaqşəkilli şıxıntı vardır.
Aqrar Xidmətlər Agentliyi fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır