Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə başlanılıb
2021-04-30 00:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) Respublika Bitki Mühafizəsi Mərkəzinin yerli qurumlarının mütəxəssisləri müvafiq təlimatlar əsasında xüsusi təhlükəli zərərli orqanizmlərin populyasiyalarının aşkarlanmasına dair apardıqları fitosanitar müşahidələrin təhlili əsasında müxtəlif regionlar üzrə çəyirtkəkimilərə (Mərakeş, İtaliya) qarşı mübarizə işlərinin səmərəli təşkilini təmin etmək məqsədiilə texniki hazırlıq işlərinə və qabaqlayıcı tədbirlərə başlanılmışdır. Zərərvericinin bioloji xüsusiyyətləri, həyat tərzi və populyasiyalarının sıxlığı nəzərə alınmaqla kimyəvi mübarizə işlərinə başlanılılıb. Artıq Tərtər rayonu ərazisində 12 hektar sahədə mübarizə tədbirləri həyata keçirilib. Bu gündən Ağstafa rayonun Ceyrançöl ərazisində çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə start verilib. Mübarizə tədbirləri davam etdirilir.
Çəyirtkəkimilərin ən çox müşahidə edildiyi ərazilərdə (Küdrü düzü, Ceyrançöl, Padarçöl, Ağdam-Tərtər) mübarizə tədbirlərinin səmərəli təşkili üçün texniki vasitə və avadanlıqlar texniki cəhətdən hazır vəziyyətə gətirilib və mobil dəstələr üzrə qruplaşdırılıb. Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizəsi Mərkəzinin əməkdaşları tərəfindən xüsusi təhlükəli zərərli orqanizm olan çəyirtkəkimilərə qarşı kimyəvi mübarizə işlərinə cəlb olunan texnikalara və digər avadanlıqlara baxış keçirilib, tələbata uyğun pestisid ehtiyatı yaradılıb.
Mübarizə tədbirlərində Mitsubishi L-200 markalı avtomaşınların üzərinə quraşdırılmış 12 ədəd AU 8115M markalı ultra kiçik həcmli, 10 ədəd Scout 28s-300 markalı avtonom və MTZ-892 markalı traktorlara qoşulmuş 20 ədəd 2000 litrlik yerüstü çiləyicilərdən istifadə olunması nəzərdə tutulmuşdur.
Qeyd edək ki, tarixən ölkəmizdə Mərakeş çəyirtkəsi əsasən yovşanlı sahələrdə yaşayıb çoxalmaqla 34 rayon ərazisində qeydə alınıb. Bu çəyirtkənin əsas yayılma mənbələri Ceyrançöl, Haramı duzu, Qarasu, Padarçöl, Küdrü, Hergi düzü, Şirinqum, Lapatin və Acınohur əraziləridir.
AXA tərəfindən artıq rayon bitki mühafizəsi mərkəzləri dərman preparatları ilə təmin olunmuş, həmçinin mərkəzlərin əməkdaşları pestisidlərlə və texnika ilə iş zamanı texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun təlimatlandırılmışlar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır