Bakıda 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir
2021-06-10 00:00:00
10-12 iyun tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (Caspian Agro 2021) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (InterFood Azerbaijan 2021) sərgilərində Aqrar Xidmətlər Agentliyinin stendi təqdim olunmuşdur. Stenddə Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətləri olan baytarlıq, bitki mühafizəsi və fumiqasiya (zərərsizləşdirmə) xidmətləri, laboratoriya xidmətləri və fermerlərə informasiya və məsləhət xidmətləri öz əksini tapmışdır.
Agentliyin əsas fəaliyyət istiqamətlərindən biri də fermer və sahibkarlara laboratoriya xidmətləri göstərməkdir. Bildiririk ki, Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin yüksək texnoloji avadanlıqlarla təmin olunmuş 12 regional və 1 Respublika Toxum Sertifikatlaşdırma laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalarda nümunələrin seçilib götürülməsi və sınaqlara hazırlanması, təmizliyinin və tullantıların, cücərmə və həyatilik qabiliyyətinin, böyümə enerjisinin, nəmliyinin, 1000 toxumun çəkisinin, əsilliyinin, xəstəliklərə yoluxmanın, (bakteriya, göbələk, virus mənşəli) ziyanvericilərlə sirayətlənməsinin təyini, həmçinin mikrobioloji – bakterioloji, mikoloji analizləri (bitki xəstəlikləri, torpaq mikroorqanizmləri ), baytarlıq analizləri (helmintoloji, parazitar, bakterioloji, virusoloyi ) və muxtəlif məhsullarda kimya texnoloji analizləri həyata keçirilir.
Eyni zamanda AXA-nın tabeliyində 11 regional Aqrokimya laboratoriyası fəaliyyət ğöstərir. Laboratoriyalar ən müasir avadanlıqlarla təchiz olunub. Laboratoriyalarda torpaq nümunələrinin təqdim edilməsi, fosforun – P təyini (spectrophotometer), torpağın turşuluğunun –pH, duzluluğunun – EC təyini, karbonatlıq (kirəc), qranulometrik tərkib, humusun təyini (son mərhələni göstərə bilməklə), suda Ph, Ec, codluq maqnezium, kalsium, gübrədə NH4NO3 titirləmə üsulu ilə azotun təyini, yarpaqda yarpaq analizi üçün bütün imkanlar müvcuddur.
Sərgi iştirakçıları Aqrar Xidmətlər Agentliyinin stendinə yaxınlaşmaqla qeyd olunan xidmətlərdən yararlanmaq imkanı əldə edə bilərlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır