PULLOROZ xəstəliyinə qarşı mübarizə tədbirləri
2021-05-19 00:00:00
Pulloroz və ya ağ ishal quşlarda mədə-bağırsaq pozğunluğu, parenximatoz orqanların zədələnməsi və septisemiya ilə keçən, yaşlılarda isə xroniki və ya gizli keçən, yumurtalığın iltihabı ilə səciyyələnən infeksion xəstəlikdir. Pulloroza cücələr daha çox həssasdır. Xəstəlik iti, yarımiti və xroniki (latent) formada keçir. Pullorozdan kütləvi qırğın daha çox körpələrin 6-7-ci günlərində müşahidə olunur və sonralar epizootiya 20 gün ərzində daha da inkişaf edir.
Pulloroza toyuqlar xoruzlara nisbətən daha çox tutulurlar.
İnfeksiya mənbəyi, əsasən xəstə cücələr, bakteriyadaşıyan iri toyuqlar, yoluxmuş yumurtalar, xəstəlikdən ölmüş quşların cəmdəkləri sayılır. Xəstələrin ifrazatları ilə yemlər, su qabları, gəzinti yerləri, qəfəslər çirkləndirilir və sağlam quşlar üçün yoluxma riski yaranırır. Pulloroz törədicisi ilə yoluxmuş yumurtaları inkubasiya etdikdə belə yumurtalarda inkişaf edən embrionların əksəriyyəti ölür, salamat qalan embrionlar isə xəstə olmaqla ilk günlərdə tələf olub saglam cücələrin inkubatorda və binada yoluxmasina səbəb olurlar.
Əlamətləri.
inkubasiya dövrü bir gündən bir neçə günə qədərdir
hərəkət koordinasiyasının pozulması
yemdən imtina
mənasız səs çıxarma
gözlərin yumulması
bir künçə sıxılması və ya istilik mənbəyinə toplaşması
ağzı açıq tənəffüs etmə
tənəffüsün tezləşməsi
suya meylliyin artması
mədə-bağırsaq pozğunluğu
ishalın əvvəlcə boz və ya sarı rəngi, yapışqanlı, sonralar sıyıqlaşaraq, köpüklü və pis iyli olması.
temperaturun yüksəlməsi
kloaka ətrafı tüklərin zilə bulaşması və uratların toplanması
düzbağırsağın bağlanması nəticəsində toplanan qazın xaric olmaması
qıcqırma prosesinin güclənməsi nəticəsində zəhərlənmə
arıqlıq
tüklənmənin gecikməsi
inkişafdan qalma
qarın nahiyəsinin iltihablaşaraq böyüməsi
saqqal və pipiyin solğunlaşması
toyuqlarda yumurtalamanın azalması və qabıqsız yumurtalaması
Cücələr aerogen yolla yoluxarkən inkubasiya dövrü 24-36 saat, alimentar yolla isə 4-6 gündür.
Mübarizə tədbirləri və profilaktika.
Xəstəliklə mübarizənin müvəffəqiyyəti pulloroz-tifə qarşı ümumi baytarlıq-sanitariya və xüsusi tədbirlərin kompleks olmaqla vaxtında və keyfiyyətli aparılmasından asılıdır. Törədici xarici mühitin və fiziki faktorların təsirinə böyük davamlılıq göstərir. Müxtəlif dezinfeksiyaedici preparatların təsirinə pullorozun törədicisi davamsızdır və tez məhv olur. Ciddi mübarizə tədbirləri aparılmayan təsərrüfatlarda infeksiya bir qayda olaraq müxtəlif yaş qruppasından olan quşlar xəstəliyin daşıyıcısına çevirilir. Təsərrüfata karantin tətbiq edildiyi halda, quşların və yumurtaların (inkubasiya üçün) aparılması qadağan edilir. Qeyri-sağlam təsərrüfatların binaları, gəzinti yerləri və avadanlıqları təmizlənərək dezinfeksiya edilir.
Aqrar Xidmətlər Agentliyi fermer və təsərrüfat sahiblərinin nəzərinə çatdırırıq ki, quşlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edildikdə mütləq şəkildə sahə baytarlıq məntəqəsinə və ya rayon (şəhər) baytarlıq idarəsinə müraciət etsinlər. Həmçinin bildiririk ki, heyvan və quşlarda xəstəliklərə qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır