Zaqatala rayonunda heyvanlar arasında peyvəndləmə tədbirləri davam etdirilir
2021-05-20 00:00:00
Aqrar Xidmətlər Agentliyi tərəfindən (AXA) ölkə ərazisində xüsusi təhlükəli xəstəliklərə qarşı peyvəndləmə, diaqonistika və dezinfeksiya işlərini davam etdirilir.
Cari ilin yanvar ayından Zaqatala rayonu ərazisində saxlanılan heyvanlar arasında qarayara xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Daha sonra iribuynuzlu heyvanlar arasında dabaq, bruselyoz, nodulyar dermatit, xırdabuynuzlu heyvanlar arasında bruselyoz, itlər və vəhşi heyvanlar arasında quduzluq və quşlar arasında nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri davam etdirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun olaraq Zaqatala rayonunun həm fərdi, həm də fermer təsərrüfatlarında saxlanılan heyvanlar arasında profilaktiki peyvəndləmə tədbirlərinin və diaqnostik müayinələrin icrası həyata keçirilir.
Cari ilin 4 ayı ərzində Zaqatala rayonunu əhatə edən təsərrüfatlarda 34481 baş iribuynuzlu, 75883 baş xırdabuynuzlu, 1700 baş təkdırnaqlı heyvanda qarayara, 55771 baş iribuynuzlu heyvanda dabaq, 2454 baş itdə və 4 min baş vəhşi heyvanda aldadıcı yemlə oral peyvəndləmə aparılmışdır. Bununla yanaşı 527 baş iribuynuzlu heyvanda nodulyar dermatit, 4679 baş iribuynuzlu (“Şt-19” ştammı ilə), 13997 baş xırdabuynuzlu heyvanlarda (“Rev-1” ştammı ilə) bruselyoz, 49272 baş körpə cücədə (“La-sota” ştammı) nyukasl xəstəliklərinə qarşı profilaktik peyvəndləmə aparılıb.
Həmçinin bruselyoz xəstəliyini aşkar etmək məqsədi 15 baş iribuynuzlu heyvandan və 146 baş ana qoyundan qan nümunələri götürülərək seroloji müayinə məqsədi ilə müvafiq laboratoriyaya göndərilib. Eləcə də 5067 baş iribuynuzlu heyvanda vərəmə görə allergik, 919 baş atda manqoya görə mallenizasiya müayinələri aparılıb.
Hazırda Zaqatala rayonunda iri və xırdabuynuzlu heyvanların epizootik tədbirlər planında nəzərdə tutulan profilaktik tədbirlər davam etdirilir. Tədbirlərin bir hissəsinin yaylaqda aparılması nəzərdə tutulur.
Rayonda həm də baytarlıq mütəxəssisləri tərəfindən heyvanlarda vaxtında müalicə tədbirləri aparılır. Belə ki,cari ilin 4 ayı ərzində 224 baş iribuynuzlu və 552 baş xırdabuynuzlu heyvanda və 4 atda yoluxmayan xəstəliklərə görə müalicə işi həyata keçirilib. Eləcə də rayon baytarlıq idarəsinin mütəxəssisləri tərəfindən ötən müddət ərzində 8 baş qan-parazitar xəstəliklərinə yoluxmuş iribuynuzlu heyvanın müalicəsi aparılıb.
Müvafiq dövr ərzində Zaqatala rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən 35 obyektdə 3950 kvadratmetr ərazidə profilaktik, 94 obyektdə 1905 kvadratmetr ərazidə isə peyvəndləmə ilə bağlı məcburi dezinfeksiya işləri həyata keçirilib.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, Zaqatalada aparılan baytarlıq tədbirləri sayəsində rayonda bəslənən heyvanlar arasında hər hansı xüsusi təhlükəli xəstəliyə təsadüf edilməmiş, rayonda epizootik vəziyyət sabitdir.
Əsasən kənd təsərrüfatı rayonu olan Zaqatalada həm də heyvandarlığın inkişafına xüsusi diqqət yetirilir. Bunun üçün mal-qaranın cins tərkibi süni mayalanma və xarici ölkələrdən gətirilən damazlıq heyvanların hesabına yaxşılaşdırılır. Cari ilin ilk 4 ayı ərzində 2893 baş iribuynuzlu heyvanda süni mayalanma aparılıb və mayalanmış heyvanlardan 1930 baş sağlam buzov alınıb.
Məlumat üçün onu da qeyd edək ki, baytarlıq idarələri lazımi miqdarda bioloji və dərman preparatları ilə təmin olunmuş, peyvəndlərin göndərilməsi, saxlanılması paylanması və tətbiqi zamanı “Soyuq zəncir” rejiminə ciddi əməl edilmişdir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, hazırda heyvanlarda peyvəndləmə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır