Pambıq sovkasına qarşı mübarizə tədbirləri
2021-06-11 00:00:00
İnkişafı:
Pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Aprelin axırları, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Bir dişi kəpənək 15-18 gün ərzində 500-3000-ə qədər yumurta qoya bilir. Pambıqda 3 nəsil verir.
Zərərləri: Pambıq sovkasının tırtılı, əsasən qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Daxildən yeyilmiş qönçələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir, qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanın yalnız zədələnməmiş qanadları açılır, qozalarda lifin keyfiyyəti pisləşir.
Pambıq sovkası pambıqdan başqa, 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır.
Mübarizə tədbirləri:
Aqrotexniki mübarizə:
Sovkaların qışlayan puplarını məhv etmək üçün sahələrdə iki yaruslu və ya ön kotancıqlı kotanla 30-32 sm dərinlikdə qış şumu və qış suvarması aparılmalı;
Pambığ bitkisinin sovkaya davamlı sortlarından istifadə olunmalı;
Pambığın vegetasiyası dövründə cərgəarası kultivasiya aparılmalı, kolların dibi kətmənlənməlidir. Məhsuldarlığı artırmaqla bərabər bitkilərin ziyanverici və xəstəliklərə qarşı davamlılığını artırmaq üçün norma daxilində yemləmə gübrəsi verilməli;
Bar verən orqanların miqdarının çoxalması və qozaların yetişməsini sürətləndirmək üçün pambıq Kollarında ucvurma vaxtında həyata keçirilməli;
Ucvurma əməliyyatından sonra bitki qalıqları sahədən çıxarılmalıdır.
Mexaniki mübarizə zamanı zərərvericinin tırtılları əl ilə yığılır.
Bioloji mübarizə:
Bioloji mübarizə məqsədilə əsasən sovkanın təbii düşmənləri olan trixoqramma və habrobrakon kimi faydalı həşəratlardan istifadə olunur;
Trixoqrammanın sahəyə ilk buraxılışı quraşdırılmış feromon tutucularda 2-3 kəpənək müşahidə edildikdən 5-6 gün sonra, ikinci buraxılışı isə birincidən 6-7 gün sonra həyata keçirilir;
Hər nəslə qarşı 3-4 dəfə və hər hektara 60-70 min fərd olmaqla trixoqramma tətbiq edilməli;
Hər nəslə qarşı 3 dəfə və hər hektara 0.5-2.0 min fərd olmaqla habrobrakon tətbiq edilməli;
Faydalı həşəratların sahəyə buraxılışı səhər saat 7-dən 11-ə və ya axşam 16-dan 20-yə qədər əl ilə aparılmalıdır.
Faydalı həşəratların əldə olunması üçün Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin müvafiq Regional Mərkəzinə müraciət edə bilərsiniz
Kimyəvi mübarizə:
Sahədə zərərvericinin yoluxma dərəcəsi və dərmanlamanın məqsədyönlülüyü müəyyənləşdirilməli;
Mübarizə yalnız yoluxmuş sahələrdə və tırtılların insektisidlərə həssas olduğu kiçik yaşlarında aparılmalı;
Davamlılıq yaratmasın deyə müxtəlif təsir mexanizminə malik insektisidlərin birgə istifadəsi tövsiyə edilir;
I və II nəslə qarşı birinci dərmanlamaları təsiredici maddələri Lyamda-siqalotrin(0,1 l/ha) + Primifos metil (0,8l/ha) qarışığı ilə, ikinci çiləməni Lyamda-siqalotrin (0,1 l/ha) + Lufeniron (0,3 l/ha) və s. ilə aparmaq səmərəlidir; pambıq sovkasına ikili təsir göstərən, tərkibində iki kimyəvi sinifə aid təsiredici maddə olan Lufoks Fenoksikarb 75 qr/l+Lufeniron 30 qr/l, Beta supermetrin 40 qr/l+Dimetoat 300 qr/l və ya İndoxacar tərkibli insektisidlərin tətbiqi daha məqsədəuyğundur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır