Masallı rayonunda cari ilin epizootik tədbirləri davam etdirilir
2021-06-14 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) Masallı Rayon Baytarlıq İdarəsi tərəfindən rayon ərazisində mövcud epizootik sabitliyin qorunması və zoonoz xəstəliklərin qarşısının alınması, heyvanların müalicə və müayinəsi istiqamətində aparılan tədbirlərlə yanaşı, mal-qara və quşlar yetişdirilən binaların, eləcə də profilaktik tədbirlər aparılan ərazilərin dezinfeksiyası həyata keçirilir.
AXA bildirir ki, ölkə ərazisində cari ilin ilk günlərindən bu tədbirlərə start verilib. Tədbirlər «Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun aparılır.
AXA-nın Masallı Rayon Baytarlıq İdarəsi tərəfindən cari ilin 5 ayı ərzində həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 365 baş heyvandan qan nümunələri götürülərək seroloji müayinə məqsədi ilə laboratoriyalara göndərilib. Eləcə də 1750 baş iribuynuzlu heyvanda vərəmə görə allergiya,150 baş təkdırnaqlı heyvanda manqoya görə mallenizasiya müayinəsi aparılıb.
Həmçinin cari ilin 5 ayı ərzində 73107 baş iribuynuzlu, 89479 baş xırdabuynuzlu, 600 baş təkdırnaqlı heyvanda qarayara və 2300 baş itdə quduzluq, 73037 baş iribuynuzlu və 37700 baş xırdabuynuzlu heyvanda dabaq, 1523 baş iribuynuzlu və 1687 baş xırdabuynuzlu heyvanda brusellyoz, 34510 baş iribuynuzlu heyvanda nodulyar dermatit və 26 min baş quşda nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Eləcə də vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 2000 doza tələ yemi qoyulub.
Rayonda aparılan peyvəndləmə və müayinə tədbirləri ilə yanaşı, vətəndaşların müraciəti əsasında 40 obyektin 4500 kvadratmetr ərazisində profilaktiki dezinfeksiya, peyvəndləmə aparılan ərazilərdə isə 70456 kvadratmetr məcburi dezinfeksiya işləri aparılmışdır.
Hal-hazırda Masallı Rayon Baytarlıq İdarəsində cari il üçün nəzərdə tutulmuş heyvan xəstəliklərinə qarşı aparılacaq profilaktik peyvəndləmə, müalicə və diaqnostik müayinələrin keyfiyyətini təmin etmək məqsədi ilə ev quşları arasında nyukasl, iribuynuzlu heyvanlarda dabaq, bruselyoz, nodulyar dermatit, leptospiroz, xırdabuynuzlu heyvanlarda qarayara, dabaq, bruselyoz, çiçək və itlərdə quduzluq xəstəliklərinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə iri və xırdabuynuzlu heyvanlardan qan nümunələri götürülərək laboratoriyalara göndərilir.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında, maarifləndirmə işləri həyata keçirir və təsərrüfatlarda baytarlıq-sanitariya və zoobaytarlıq qaydalarına ciddi əməl edilməsini tövsiyə edirlər.
AXA bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir və bu sabitliyi qoruyub saxlamaq üçün lazımi tədbirlər davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır