Zərərvericilərlə mübarizə tədbirləri çərçivəsində keçirilən təlimlər davam edir.
2021-06-17 00:00:00
Aqrar Xidmətlər Agenlitiynin mütəxəssiləri tərəfindən Biləsuvar, İmişli, Saatlı və Sabirabad rayonlarının bitki mühafizəsi mütəxəssisləri və fermerlər üçün “Çəyirtkəkimilərlə mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması” mövzusunda təlim keçirilib. Təlimdə 22 nəfər-yerli qurumların bitki mühafizəsi üzrə mütəxəssisləri və fermerlər iştirak edib. İştirakçılara çəyirtkəkimilərin biologiyası, zərərvurma xüsusiyyətləri, onlara qarşı mübarizə üsulları və dərmanlamalar zamanı pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin azaldılması, həmçinin çəyirtkələrlə bağlı Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması barədə ətraflı məlumatlar verilib. Təlim tarla şəraitində-çəyirtkələrin məskunlaşdığı Küdrü düzü ərazisində davam etdirilmiş və çəyirtkələrlə bağlı avtomatlaşdırılmış sistem (ASDC) üzrə toplanmış məlumatların planşetlərə köçürülməsi, məlumat bazasına ötürülməsi izah edilmiş və ultra kiçik həcmli (UKH) çiləyici texnikaların kalibirlənməsi nümayiş etdirilmişdir.
Qeyd edək ki, ölkəmizdə sürü əmələ gətirən Mərakeş, İtaliya və Asiya çəyirtkələri mövcuddur. Məskunlaşma yerləri adətən dağətəyi ərazilər, yamaclar, seyrəkləşmiş otluq sahələri, xam torpaqlar və s. yerlərdir. Bu növlər xüsusi təhlükəli zərərli orqanizmlərə aid olub geniş polifaq zərərvericilər hesab edilir. Ölkə ərazisində 1 nəsil verir.
Hər il sürü əmələ gətirən çəyirtkəkimilərin idarə edilməsi, müşahidələrin aparılması və mübarizə işinin təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyində çəyirtkələrə qarşı mübarizə kampaniyası yaradılır və mart-sentyabr aylarında çöl şəraitində mübarizə işləri həyata keçirilir.
Analoji tədbirlərinin Eldar düzü, Ceyrançöl və Acınohur çöllərində davam etdirilməsi nəzərdə tutulur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır