Qəbələ rayonunda xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir
2021-07-05 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində epizootik tədbirlər davam etdirilir.
AXA bildirir ki, Qəbələ rayonunda epizootik sabitliyi qorumaq məqsədi ilə “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilir.
Cari ilin 6 ayı ərzində Aqrar Xidmətlər Agentliyinin Qəbələ Rayon Baytarlıq İdarəsinin əməkdaşları xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıb. Belə ki, 39692 baş iribuynuzlu, 111619 baş xırdabuynuzlu, 859 baş təkdırnaqlı heyvanlarda və 492 baş donuzlarda qarayara, 39464 baş iribuynuzlu və 117225 baş xırdabuynuzlu heyvanlarda dabaq, 480 baş donuzlarda taun, 36946 baş iribuynuzlu heyvanlarda infeksion nodulyar dermatit, 45127 baş xırdabuynuzlu heyvanlarda çiçək, 8424 baş xırdabuynuzlu heyvanlarda (Rev-1), 2088 baş iribuynuzlu heyvanlarda (S-19) bruselyoz, 3870 baş sahibli itdə quduzluq, 118699 baş ev quşlarında nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Eləcə də vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 4500 doza miqdarında tələ yemi qoyulub.
Həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 494 baş iribuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib. Eləcə də Qəbələ rayonunda vərəmə görə 2791 baş iribuynuzlu və manqoya görə 215 baş təkdırnaqlı heyvanlar diaqnostik müayinəyə cəlb olunub.
Müvafiq dövr ərzində Qəbələ rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də həyata keçirilib. Rayonda baytar mütəxəssisləri tərəfindən vətəndaşların müraciəti əsasında 21000 kvadratmetr ərazidə ödənişli profilaktik və 37000 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri həyata keçirilib. Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermerlər və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maarifləndirmə və təbliğat işləri həyata keçirilir.
Qeyd edək ki, hazırda Qəbələ rayonunda xırdabuynuzlu heyvanlar arasında çiçək və bruselyoz xəstəliklərinə qarşı vaksinasiya tədbirləri davam etdirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında aparılmasının nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır