Qoyunların anaplazmozuna qarşı aparılan profilaktik tədbir- Mütəxəssis tövsiyəsi
2021-07-09 00:00:00
Ümumi məlumat: Qoyunların anaplazmoz xəstəliyi aran və dağətəyi rayonlarda müşahidə edilir, yaz və yay aylarında kütləvi, payız və qış aylarında isə sporodik halda təsadüf edilir. Epizootiyanın yüksəlişi yay aylarına təsadüf edilir, bu da xəstəliyin törədicisini keçirən Ripisefalus bursa O.lahorensis gənəsinin fəallaşması ilə əlaqədardır. Eləcə də ötürücü gənələrin və qansoran həşəratların müxtəlifliyi, xəstəliyin geniş arealda yayılmasına şərait yaradır. Parazitdaşıyıcılıq heyvanın bütün ömrü boyu davam edir.
Bu xəstəliyə ölkəmizin Abşeron, Quba, Xaçmaz, Şəki, Zaqatala, Gəncə, Qazax, Masallı-Lənkəran, Şirvan, Mil-Qarabağ, Muğan-Salyan zonalarında, Naxçıvan MR-də, Dağlıq Qarabağın düzənlik təsərrüfatlarında daha çox təsadüf edilir.
Əlamətləri: Xəstəlik iti, xroniki və simptomsuz formada baş verir. İti formaya yaşlı heyvanlarda təsadüf edilir, xəstəlik zamanı hərarət (40,5-41,0oC) dəyişkən olur. Əvvəlcə yüksəlir, sonra isə aşağı düşür və yenidən yüksəlir. Ağız, göz, burun və s. orqanların görünən selikli təbəqələri solğun və sarımtıl rəngə çalır. Heyvanın iştahası azalır və ya tam kəsilir. Xəstəlik ağır keçdikdə heyvanın dal ətrafları iflic olur.
Xronik formaya adətən, yerli cinslərdən olan quzularda təsadüf edilir, bu formada anemiya və yüksək hərarət müşahidə edilir, xəstəlik simptomsuz davam etdikdə heç bir klinik əlamət müşahidə edilmədən tədriclə arıqlama gedir.
Profilaktikası: Heyvanları gənəsiz yerlərə və yaylaqlara köçürmək lazımdır. Qaramaldan fərqli olaraq davarda kütləvi kimyəvi profilaktika aparılmadığından, çimizdirmə (baytar həkiminin təyinatı ilə) əsas tədbir olaraq qalır. Gənəyə qarşı tədbirlərin təsirini artırmaq üçün çimizdirmə ildə ən azı iki dəfə aparılmalıdır. Birinci çimizdirmə yaz, ikinci isə payız qırxımından sonra planlaşdırılır. Çimizdirmə xüsusi vannalarda aparılır. Eləcə də heyvan saxlanılan binalar dezinseksiya edilməlidir.
May ayının axırına kimi sürülərin yaylaqlara qaldırılması xəstəliyin qarşısını almağa imkan verir. Payızda arana qaytarılan heyvanlar örüşə çıxarılmazdan əvvəl vannalarda çimizdirilməli, sonra isə gənəsiz otlaqlara buraxılmalıdır.
Qoyunların anaplazmozunun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Onu da qeyd edək ki, son illər sahibkarlar tərəfindən baytar həkiminə müraciət etmədən qan-parazitar xəstəliklərinə qarşı aparılan tədbirlər nəticəsində heyvanlar arasında kütləvi zəhərlənmə və ölüm halları baş verir. Bunu nəzərə alaraq təsərrüfat sahiblərinin bir daha nəzərinə çatdırırıq ki, heyvanlarda yuxarıda qeyd edilən əlamətlər müşahidə edilən zaman mütləq şəkildə sahə baytarlıq məntəqəsinin baytar həkimlərinə müraciət etsinlər.
AXA bildirir ki, heyvanlarda qan-parazitar xəstəliklərinə, o cümlədən anaplazmoza qarşı aparılan profilaktik və müalicə işləri baytar həkiminin təyinatı və iştirakı ilə həyata keçirilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır