İnteqrir bitki mühafizəsi tədbirləri sisteminin üstünlükləri
2021-05-25 00:00:00
Aqrar sahədə bol məhsulun əldə edilməsində əsas faktorlardan biri, əkin və bağ sahələrində bitki sağlamlığına nail olunması, bitkilərin zərərli orqanizmlərin vura biləcəyi zərərlərdən qorunmasıdır.
Son zamanlar bitkiçilik sahəsində zərərli orqanizmlərə qarşı mübarizə üsulu kimi əsasən kimyəvi mübarizədən istifadə olunur ki, bu da ətraf mühitin zəhərli kimyəvi maddələrlə həddindən artıq çirklənməsinə, ekoloji problemlərin yaranmasına, dolayısı ilə insan sağlamlığına mənfi təsirlərini göstərmiş olur.
Ümumilikdə “İnteqrir bitki mühafizəsi” (İBM) anlayışı bütöv, ekoloji oriyentasiyalı, keyfiyyətcə yeni bitki mühafizəsi, zərərli orqanizmlərlə mübarizədə kimyəvi və qeyri-kimyəvi üsulların sadə kombinasiyası kimi qəbul olunur.
İBM sisteminin əsas elementləri kimi, təşkilati-təsərrüfat tədbirlərinin həyata keçirilməsi, aqrotexniki tədbirlərlə zərərvericilərin sayının məhdudlaşdırılması, sistemli şəkildə fiziki-mexaniki, bioloji və kimyəvi mübarizə üsullarının tətbiqini qeyd etmək olar.
İBM sistemi əkinlərin fitosanitar vəziyyəti barədə məlumatlara əsasən, daima tədbirlərin elmi əsaslandırılmasını tələb edir. Yalnız bitkilərin zərərli orqanizmlərlə sirayətlənməsi iqtisadi zərərvermə həddindən yüksək olduğu hallarda mübarizə tədbirlərinin aparılmasının zəruriliyi müəyyənləşdirilir.
İBM sisteminin əsas prinsipi əkin sahələrində elmi əsaslandırılmış üsullarla daimi monitorinqlərin aparılması, bu zaman əkinlərin inkişafı, sağlamlıq dərəcəsi, zərərli orqanizmlərlə yoluxması hallarının müəyyənləşdirilməsi, bitki mühafizəsi tədbirlərinin aparılması üzrə qərarlar qəbul edilən zaman kimyəvi və ya qeyri-kimyəvi üsulların ekoloji və iqtisadi cəhətdən araşdırılması, təhlilin nəticələrinə əsasən mübarizənin forması, üsulu və vaxtının düzgün seçilməsi və zəruri hallarda kimyəvi dərmanlamadan istifadə olunmasıdır.
İBM-in tətbiqi zamanı müşahidə olunan zərərli orqanizmlərin tamamilə məhv edilməsi deyil, iqtisadi ziyanlı həddin altında saxlanılması, zərərli orqanizmlərə qarşı ayrı-ayrılıqda deyil birgə, bir birini tamamlayacaq şəkildə mübarizənin planlaşdırılması, digər zərərvericilər də nəzarətdə saxlanılmaqla ən çox zərər verən zərərli orqanizmlərə qarşı mübarizənin aparılması, təbii düşmənlərin (xeyirli həşəratların) qorunması, çoxalmaları üçün önləmlərin alınması, əkinlərdə kimyəvi mühafizə vasitələrinin tətbiqi zəruri olduğu hallarda çiləmələrin sayı və məsarif normasının konkret şəraitə uyğunlaşdırılması və minimuma endirilməsi əsas götürülür.
İBM sistemində profilaktiki tədbirlər kimi növbəli əkin dövriyyəsi, torpağın düzgün becərilməsi və zərərli orqanizmlərə qarşı davamlı sortlardan istifadə olunmalı, növbəli əkin sahələri mümkün qədər çoxtarlalı olmalı, ayrı-ayrı bitkilərin əkin dövriyyəsində müəyyən olunmuş qaydada becərilməsinə riayət edilməli, bitki karantini üzrə tədbirlər aparılmalı və karantin zərərli orqanizmlərindən azad, sağlam əkin materiallarından istifadə olunmalıdır.
İBM sisteminin tətbiqi davamlı istehsalın təmin edilməsi, məhsulun tərkibində pestisid qalığı riskinin azaldılması, keyfiyyətli məhsul istehsalı, istehsal olunmuş məhsulun ixrac imkanlarının genişlənməsi, insan sağlamlığı və ətraf mühitin qorunmasının təmin edilməsi, bitki mühafizəsi üzrə maliyyə məsrəflərinin azaldılması, zəhərlənmə riskinin aşağı salınması, istehsalçının gəlirlərinin artmasına imkan yartmış olur.
Respublikamızda kiçik torpaq sahəsinə malik olan təsərrüfatların üstünlük təşkil etməsi elmi innovasiyaların istehsalata tətbiqini çətinləşdirən əsas amil kimi qalmaqdadır. Bu İBM sisteminin tətbiqində də özünü göstərir.
Bütün bunları nəzərə alaraq kənd təsərrüfatı məhsulu istehsalçılarına istehsal prosesində İnteqrir bitki mühafizəsi sisteminin tətbiqinə üstünlük vermələri tövsiyə olunur.
Bir daha qeyd etmək istəyirik ki, bitki mühafizəsi sahəsində inteqrir bitki mühafizəsi sisteminin tətbiqinin genişləndirilməsi keyfiyyətli məhsul istehsalının artırılmasına, ekoloji cəhətdən təmiz məhsul istehsalı üzrə imkanların genişlənməsinə, istehsal olunmuş məhsulun ixrac potensialının yüksəlməsinə, istehsalçıların bitki mühafizəsi üzrə məsrəflərinin azaldılmasına, insan sağlamlının və ətraf mühitin qorunmasına və s. zəmin yaratmış olardı.
Sonda diqqətinizə çatdırmaq istətirdik ki, hər bir bitki növü üzrə inteqrir bitki mühafizəsi sisteminin təşkil edilməsi üzrə məsləhətlərin alınması üçün Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi sahəsində fəaliyyət göstərən yerli qurumlarına müraciət edə bilərsiniz.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır