Çəyirtəkimilərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir
2021-05-27 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi Mərkəzinin yerli qurumları tərəfindən bu günə kimi respublika ərazisində ümumilikdə 75979,0 ha sahədə müşahidələr aparılmış, 17257,0 ha sahədə sirayətlənmə aşkar edilmiş və 4867,5 ha sahədə Mərakeş çəyitkəsinə qarşı kimyəvi mübarizə tədbirləri həyata keçirilmişdir.
Mübarizə tədbirləri əsasən Ceyrançöl ərazisində (Ağstafa, Şəmkir, Samux rayonlarında) 38381,0 ha sahədə müşahidələr aparılmış, 11807,0 ha sahədə sirayətlənmə aşkar edilmiş, 3830,0 ha (2020-ci il ilə müqayisədə 1377,0 ha çox) sahədə kimyəvi mübarizə tədbirləri aparılmışdır. Tərtər rayonu ərazisində 1568,0 ha sahədə müşahidələr aparılmış, 1006,0 ha sahədə sirayətlənmə aşkar edilmiş, 519,0 ha sahədə (2020-ci il ilə müqayisədə 439,0 ha çox) kimyəvi mübarizə tədbirləri aparılmışdır.
İşğaldan azad olunmuş Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində payızlıq taxıl əkini sahələrinin ətrafında 630 ha sahədə müşahidələr aparılmış, 510 ha sahədə sirayətlənmə aşkar edilmiş, 432,5 ha sahədə mübarizə tədbirləri aparılmaqla taxıl əkinlərinə vurula biləcək ziyanın qarşısı alınmışdır. Göygöl rayonu ərazisində 800,0 ha sahədə müşahidələr aparılmış, 60,0 ha sahədə sirayətlənmə aşkar edilmiş, 50,0 ha sahədə mübarizə işləri aparılmışdır.
Bildiririk ki,bu il küdrü düzü ərazisində Mərakeş çəyirtkəsinin populyasiya sıxlığının azalması müşahidə edilmişdir. Bu ərazidə (Biləsuvar, Saatlı, Sabirabad, İmişli və Salyan rayonları) 22766,0 ha sahədə müşahidələr aparılmış, cəmi 878,0 ha sahədə sirayətlənmə aşkar edilmiş, sürfələrin yaşı və sıxlığı nəzərə alınmaqla 30,0 ha sahədə mübarizə tədbirləri aparılmışdır..
Kimyəvi mübarizə tədbirləri Mikroneyr tipli ultra kiçik həcmli çiləyicilər üçün nəzərdə tutulan Chrysamed Dedex (t.m.-Alfa-sipermetrin) və traktor çiləyiciləri üçün nəzərdə tutulan Arrivo (t.m-Sipermetrin) preparatlarla həyata keçirilib.
Yaz aylarında havaların soyuq keçməsi səbəbindən İtaliya çəyirtkəsinin çıxışı hələlik müşahidə edilməmişdir.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda, dərhal Agentliyin müvafiq yerli qurumlarına (Rayon Bitki Mühafizəsi Mərkəzlərinə) və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat verilsin.
Hazırda müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır