Pambıqçı fermerlər üçün təlim keçirilib
2021-06-18 00:00:00
Bu gün İmişli və Agcabədi rayonlarında pambıqçı fermerlər üçün Aqrar Xidmətlər Agentliyinin Respulika Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən “Pambıq bitkisinin xəstəlik və zərərvericiləri” (əsas pambıq sofkası) mövzusunda təlim keçirilib. Təlimdə bölgənin 25 nəfərdən artıq pambıqçı fermeri iştirak edib. İştirakçılara aqrotexniki tədbirlərin vaxtında və düzgün aparılması, pambiq sovkasının biomorfoloji əlamətləri, zərəri, bu zərərvericiyə qarşı aparılan aqrotexniki, mexaniki, bioloji, kimyəvi, mübarizə tədbirləri, həmçinin tətbiq olunan kimyəvi preparatlar və işçi məhlulların hazırlanması barədə ətraflı məlumatlar verilib. Təlim içtirakçıları İmişıi rayonun Qızılkənd kəndində pambıq tarlalarına səfər edərək həyata keçirilən aqrotexniki tədbirlərlə və zərərveriçilərə qarşı aparılan mübarizə tədbirləri ilə əyani tanış olublar.
Tədbirin sonunda müzakirələr aparılıb, fermer və təsərrüfat rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib
Qeyd edək ki, Pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Azərbaycan şəraitində aprelin axırları, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Bu dövrdən sonra bütün vegetasiya ərzində oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Pambıq sovkasının bir dişi kəpənəyi öz inkişafı dövründə 500-3000-ə qədər yumurta qoya bilir. Kəpənəyin yumurta qoyması 15-18 gün çəkir. Polifaq zərərverici olub, Azərbaycanda 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır. Pambıqda 3 nəsil verir. Pambıq sovkası, əsasən qenerativ orqanlara - qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Əksər hallarda qönçələrin daxili yeyilir ki, zədələnmiş belə qöncələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir. Zədələnmiş qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanin yalnız zədələnməmiş qanadları açılır. Zədələnmiş qozalarda lifin keyfiyyəti pisləşir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır