Pambıq sovkasına qarşı mübarizə tədbirləri davam edir
2021-08-23 00:00:00
Pambıqçılıqda yüksək və keyfiyyətli məhsul almağın əsas şərtlərindən biri pambığın zərərverici, xəstəlik və alaq otlarına qarşı vaxtında, düzgün və səmərəli mübarizə tədbirlərinin həyata keçirilməsidir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin bitki mühafizəsi mütəxəssislərinin məsləhət və tövsiyələrinə əsasən pambıq sovkasına qarşı 102 min hektar sahədə müşahidə, 85 min hektar sahədə sirayətlənmə və 83 min hektar sahədə bioloji və kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri davam edir.
Bildiririk ki, pambıq sovkası torpağın 4-10 sm dərinliyində pup fazasında qışlayır. Aprelin axırları, may ayının əvvəllərində puplardan kəpənəklər uçmağa başlayır. Oktyabrın axırlarına qədər uçan kəpənəklərə təsadüf edilir. Bir dişi kəpənək 15-18 gün ərzində 500-3000-ə qədər yumurta qoya bilir. Pambıqda 3 nəsil verir. Pambıq sovkasının tırtılı, əsasən qönçə, çiçək, qoza başlanğıcı və qozalara zərər vuraraq, məhsulun əhəmiyyətli dərəcədə azalmasına səbəb olur. Daxildən yeyilmiş qönçələr tökülür. Zədələnmiş çiçəklərin əksər hissəsi qoza vermir, qozaların bir hissəsi tökülür, bəziləri böyümədən qalır, bəzilərində isə qozanın yalnız zədələnməmiş qanadları açılır, qozalarda lifin keyfiyyəti pisləşir.
Pambıq sovkası pambıqdan başqa, 100 növdən çox yabanı və mədəni bitki ilə qidalanır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır