Salmonelyoza (paratif) qarşı mübarizə tədbirlərinə dair tövsiyə
2021-06-22 00:00:00
Ümumi məlumat: Heyvanlar arasında baş verən infeksion xəstəliklərdən biri də salmonelyozdur (paratif). Paratif dayça, buzov, quzu, donuz balası (çoşqa), xəzdərili, vəhşi quş və başqa heyvanların infeksion xəstəliyi olub, isitmə, mədə-bağırsaq sisteminin pozğunluğu, pnevmoniya ilə səciyyələnir.
Salmonelyoza bütün növ kənd təsərrüfatı heyvanları və quşlarının başlıca olaraq körpə və cavanları tutulur. Salmonelyozla buzovlar 10 günlükdən 2 aya qədər və daha artıq, donuz balaları (çoşqalar) doğulan günündən 4 aylığa qədər, quzular və dayçalar ilk günlərdən 3 aylığa qədər xəstələnirlər. Salmonelyozla insanlar da yoluxur.
Əlamətləri:
temperaturun yüksəlməsi
xəstənin zəifləməsi
arıqlaması
ürək-damar fəaliyyətinin pozulması
nəbz və tənəffüsün tezləşməsi
hərəkət koordinasiyasının pozulması
tüklərin pırpızlaşması
mədə-bağırsaq pozğunluqları
nəcis kütləsinin sıyıq, rənginin boz-sarımtıl, qanla qarışıq, selikli hava qovuqcuqlu və pis iyli olması.
Xəstə heyvan yatır, uzanır, çənəsini yerə söykəyir, onda tədricən komatoz (halsızlıq) başlayır və 3-7 gün içərisində tələfat baş verir. Cəmdək tez çürüyür.
Profilaktikası: Salmonelyoz əleyhinə ümumi profilaktika məqsədilə təsərrüfatlarda baytar-sanitar, yemləmə, saxlama şəraitinə ciddi fikir verilməli, xəstə heyvanlar ayrıca saxlanılmalı və müalicəyə cəlb olunmalıdırlar. Bundan əlavə təsərrüfata xəstəliyi gətirə biləcək bütün vasitələrə baytarlıq nəzarəti gücləndirilməlidir. Digər təsərrüfatlarla əlaqə baytar həkiminin icazəsi ilə olmalıdır.
Orqanizmin immun sistemini gücləndirmək üçün körpələrə bakterial preparatlar verilməlidir.
Təsərrüfatda dezinfeksiya, dezinseksiya və deratizasiya işini təşkil etməli, peyin biotermiki zərərsizləşdirilməli, süd pasterizasiya edilməli və cəmdəklər vaxtında zərərsizləşdirilməlidir. Xəstəlik zamanı bütün körpələr termometriya edilir, xəstələr və xəstəliyə şübhəlilər ayrılaraq simtomatik müalicəyə cəlb olunur. Sağlamlarda vaksinasiya aparılır.
Heyvanlarda salmonelyoz xəstəliyinə qarşı müalicə-profilaktika işləri heyvan sahibinin hesabına aparılır.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, salmonelyozun müalicə-profilaktikasında istifadə olunan dərman vasitələri baytar həkiminin təyinatı (resepti) ilə alınmalı və onun iştirakı ilə heyvana tətbiq olunmalıdır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır