Heyvanları istivurmadan qorumaq vacibdir- Mütəxəssis tövsiyəs
2021-06-25 00:00:00
Ümumi məlumat: İstivurma ətraf mühitin və ya havanın (xüsusi ilə yay dövründə) istiliyindən orqanizmin ümumi qızması nəticəsində mərkəzi sinir sisteminin funksiya pozuntuları ilə gedən kəskin və həyat üçün qorxulu bir xəstəlikdir. Bu xəstəliyə bütün növ heyvanlar, ən çox isə donuz və atlar məruz qalırlar.
Heyvanları ilin isti vaxtında bağlı vaqonlarda, gəmi anbarlarında, örtülü avtomaşında daşıdıqda, isti vaxtlarda bağlı, nəmli, nəfəsliyi olmayan binalarda saxladıqda baş verir. Heyvanın sıxlığı, hərəkətsizliyi, susuzluğu, köklüyü, ağciyər və ürək çatışmazlıqları xəstəliyə şərait yaradır.
Hal-hazırda yay mövsümü ilə əlaqədar olaraq kənd təsərrüfatı heyvanları arasında istivurma hallarına daha çox rast gəlinir. Belə hallarda heyvanların məhsuldarlığı 25-30 % aşağı düşür. Bu baxımdan sahibkarların istivurma hallarının kliniki əlamətlərini bilməsi və bunlara qarşı mübarizə tədbirlərinin aparması vacib şərtlərdən biridir.
Əlamətləri:
ümumi oyanma və narahatlıq
susuzluq (xəstə çox su içir (yanğı)
təngnəfəslik
zəiflik
bədənin hərarətinin 1-2oC-ə artması
göz bəbəyini genişlənməsi
selikli qişalarda sianozluq
əzələlərin titrəməsi
reflekslərin, ağrı, xarici qıcıqlara reaksiyaların zəifləməsi
Heyvana vaxtında müdaxilə edilməsə xəstə yıxılır, komatoz vəziyyətdə asfıksiyadan ölür.
Profilaktika və mübarizə tədbirləri: Heyvanlardan istifadə edərkən, vaqonlarda və ya avtomobillərdə uzaq məsafəyə nəql edərkən, bürkülü havada otararkən xarici mühitin temperaturuna və nəmliyinə diqqət yetirmək lazımdır. Bədənin qızmasını əmələ gətirən faktorlar aradan qaldırılmalı; heyvana sərin-təmiz su verməli, bədəninə sərin su çiləməli, atları soyuq su ilə islatmaq və baytar həkiminə vaxtında müraciət etmək lazımdır.
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, isti hava şəraitində kənd təsərrüfatı heyvanları və ev quşlarını günün isti vaxtlarında, yəni saat 11:00-dan 17:00-dək istivurma, eləcə də günvurmadan qorumaq üçün baytarlıq-sanitariya qaydalarına riayət etməklə kölgədə, nəfəsliyi olan yerdə saxlamaq lazımdır. Həmçinin baytar həkiminin nəzarəti altında ektoparazitlərə qarşı tədbirlər həyata keçirilməli, heyvanların temperatur rejimini tənzimləmək məqsədi ilə onlara yaşıl yem kütləsi və təmiz içməli suyun verilməsi zəruridir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır