İnteqrir bitki mühafizəsi sisteminin tətbiqi genişləndirilir
2021-09-14 00:00:00
Kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizə ilə bağlı fermerlərin maarifləndirilməsi davam etdirilir. Bunula bağlı Xaçmazda keçirlən görüşdə Aqrar Xidmətlər Agentliyinin və elmi-tədqiqat institutlarının rəhbərləri və əməkdaşları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) nümayəndələri, həmçinin bölgə fermerləri iştirak edib.
Tədbirin əsas məqsədi fermerləri zərərli orqanizmlərə qarşı inteqrir mübarizə (İntegrated Pest Management-IPM) tədbirlərinin prinsipləri, üstünlükləri, pomidor bitkisində inteqrir mübarizə tədbirləri barədə məlumatlandırmaq, həmçinin layihə çərçivəsində əldə olunmuş müsbət nəticələri təşviq etməkdir. Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev kənd təsərrüfatında zərərli orqanizmlərə qarşı inteqrir mübarizənin əhəmiyyətinə toxunub. Bildirib ki, fermerlərin maliyyə dayanıqlılığın artırılması, aqrar-məsləhət xidmətlərinin göstərilməsi, onların keyfiyyətli məhsullarla bazara çıxışına dəstək Aqrar Xidmətlər Agentliyinin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə cari ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının ( FAO) birgə iştirakı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində Yüksək Təhlükəli Pestisidlərə (HHP) alternativ olan əkinçilik üsullarının təşviqi və məlumatlandırılmasına dair layihə həyata keçirilib. Bu məqsədlə Xaçmaz rayonu ərazisində nümayiş sahəsində orqanik əkinçilik və Zərərvericilərə Qarşı İnteqrir Mübarizə üsullarından istifadə etməklə pomidor əkini həyata keçirilib. Həyata keçirilən layihə yalnız Xaçmazla məhdudlaşmayıb, respublikanın müxtəlif regionlarında - Samux, Şəmkir, Goranboy ərazisində də fermerlər arasında Aqrar Xidmətlər Agentliyinin mütəxəsisləri tərəfindən mütəmadi olaraq maarifləndirmə işləri aparılıb.
Tədbirdə keyfiyyətli məhsul istehsalının artırılmasında, ekoloji cəhətdən təmiz məhsul istehsalı üzrə imkanların genişləndirilməsində, istehsal olunmuş məhsulun ixrac potensialının artırılmasında, istehsalçıların bitki mühafizəsi üzrə məsrəflərinin azaldılmasında, insan sağlamlığının və ətraf mühitin qorunmasında inteqrir bitki mühafizəsi sisteminin tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, cari ildə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə iştirakı ilə “Mərkəzi Asiya ölkələrində və Türkiyədə pestisidlərin dövriyyəsinin idarə edilməsi və davamlı üzvi çirkləndiricilərə aid edilən pestisidlərin zərərsizləşdirilməsi” layihəsi çərçivəsində yüksək təhlükəli pestisidlərə (HHP) alternativ olan əkinçilik üsullarının təşviqi və məlumatlandırılmasına dair layihə həyata keçirilib. Layihənin əsas məqsədi üç müxtəlif aqrar istehsal texnologiyasının sınaqdan keçiriləcəyi və nümayiş etdiriləcəyi sahələr yaradaraq fermerlərə HHP alternativlərin istifadəsini təşviq etmək və məlumatlılığın artırılmasını təmin etməkdir. İlkin olaraq Xaçmaz rayonu Sabiroaba kəndində 100 fermerdən ibarət IPM və orqanik kənd təsərrüfatı texnologiyasından istifadə edilməklə əkilən pomidor sahəsində fermer sahə məktəbi yaradılıb. 3 müxtəlif aqrar istehsal texnologiyası kimi orqanik əkinçilik, zərərvericilərə qarşı inteqrir mübarizə, ənənəvi əkinçilik üsullarından istifadə olunub. Həmçinin, layihə çərçivəsində Xaçmazda 5 hektarlıq nümayiş sahəsində orqanik əkinçilik və zərərvericilərə qarşı inteqrir mübarizə üsullarından istifadə etməklə pomidor əkini həyata keçirilib. Layihə çərçivəsində bölgə fermerləri üçün seminarlar təşkil olunub, eləcə də qeyd olunan texnologiyalar üzrə potensialı gücləndirmək üçün tarla səfərləri təşkil edilib.
Görüşdə məruzələr dinlənilib, fermerləri maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır