Dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri
2021-07-01 00:00:00
Bu xəstəliyə əsasən alma və armud tutulur. Alma dəmgilini Venturia inaegualis, armud dəmgilini isə Venturia purna göbələyi törədir. Hər növ göbələk yalnız bir bitkidə xəstəlik əmələ gətirir. Göbələk təkcə meyvələri deyil, bitkinin yarpaqlarını da zədələyir.
Dəmgil yarpaqların üzərində qonur örtüyün əmələ gəlməsi ilə başlayır, sonradan bu yarpaqlar quruyur və tökülür. Yoluxmuş meyvələrin qabığının üzərində kiçik solğun-tünd rəngli, sərhədləri dəqiq görünən ləkələr əmələ gəlir və meyvələr çirkin görünüş alır. Meyvələrin yoluxmuş hissələrində çatlar yaranır. Belə meyvələrdəki ləkələr saxlama zamanı böyüyür və meyvə soluxur. Dəmgil meyvədə çürümə əmələ gətirməsə də bunun üçün mühit yaradır.
Göbələklər konidiya əmələ gətirməklə, həm qeyri-cinsi, həm də askospor əmələ gətirməklə cinsi yolla artırılır. Konidiyalar əsasən yazda və yayda dəmgil ləkələri üzərində, askosporlar isə yazda tökülmüş yarpaqlar üzərində əmələ gəlirlər. Xəstəliyə askosporlar və konidiyalar səbəb olanda inkubasiya dövrü 8-21 gün olur. Meyvələrin zədələnməsinə əsasən göbələyin konidiya mərhələsində olan mitseliləri səbəb olur. Meyvənin zədələnmiş yerlərində qonur rəngli xırda dairəvi, yaxud formasız ləkələr əmələ gəlir. Göbələk inkişaf etdikcə bu ləkələr də böyüyür və üzərləri məxməri yaşıl təbəqə ilə örtülür. Meyvənin zədələnmiş yerləri ağaclaşır və çatlar əmələ gəlir. Nisbətən köhnə ləkələr qəhvəyi rəngdə olur. Çürümə xəstəliyindən fərqli olaraq, dəmgil ağacda meyvələrin inkişafı zamanı qorxuludur. Lakin dəmgil ləkələri meyvələrin anbarda saxlandığı dövrdə də inkişaf edib, yayıla bilər. Anbarda isə bu xəstəlik zədələnmiş meyvələrdən sağlamlara keçir. Bu zaman zədələnmiş meyvələrin əmtəə keyfiyyəti aşağı düşür.
Alma və armud bitkisində dəmgil xəstəliyinin infeksiya mənbəyi tökülmüş xəstə yarpaqlardır. Xəstəliyin inkubasiya müddəti 8-21 gün davam edir
Bu yaranan fəsadları aradan qaldırmaq üçün kompleks mübarizə tədbirlərini həyata keçirmək lazımdır.
Xəstəliklərlə mübarizə məqsədilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, qışlayan zərərli orqanizmləri məhv etmək üçün bağlarda “Qış müalicəsi yağları” və ya “Volk-92” preparatı və “İmidakloprid” tərkibli insektisidlərdən (imidor, imidal, imidan və s.) biri ilə birlikdə çiləmə aparılmalıdır.
Dəmgil xəstəliyinə qarşı ağaclarda qonçələrin formalaşması dövrü-1%-li Bordo məhlulu, 0,5%-li Monika bordo preparatları ilə 10-12 gündən bir çiləmə aparılmalıdır. Yağıntıların intensiv olduğu dövrlərdə çiləmələrin sayı artırılmalıdır. İstifadə olunan işçi məhlulun məsarifi 800-1000 l/ha-dır.
Vegetasiya müddətində xəstəliyə qarşı difenokonozol-1.2-1.5 l/ha, 375 qr/l, fludioksonil 250 qr/l, Siprodinil 375 qr/l tərkibli preparatlardan istifadə etməklə mübarizə aparılması məsləhətdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır