AXA Şəmkirdə və Tovuzda fermerlərə təlim keçib
2019-09-06 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) baytar mütəxəssisləri tərəfindən Şəmkirdə və Tovuzda fermerlərə təlimlər keçirilir. Şəmkir və Tovuzda qoyunçuluqla məşğul olan bir qrup fermer üçün “Xırdabuynuzlu heyvanların çiçək xəstəliynin profilaktikası və mübarizə tədbirləri” mövzusunda, praktiki təlim keçirilib.
Agentliyin İctimaiyyətlə əlaqələr, informasiya təminatı və beynəlxalq əməkdaşlıq şöbəsindən redaksiyamıza bildiriblər ki, Aqrar Xidmətlər Agentliyinin Şəmkir Rayon Baytarlıq İdarəsinin rəisi Məhəmməd Qasımovun rəhbərliyi ilə baş tutan təlimdə xırdabuynuzlu heyvanlarının çiçək xəstəliyinin kliniki əlamətləri, təsərrüfata verdiyi ziyanlar, xəstəlik əleyhinə aparılan profilaktika və müalicə tədbirləri haqqında ətraflı məlumat verilib.
Tovuzda 21 nəfərin iştiraki ilə keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Tovuz Rayon Baytarlıq İdarəsinin rəisi Zülfüqar Kərimov xırdabuynuzlu heyvanlar arasında baş verən xüsusi təhlükəli xəstəliklər barədə məlumat verib. Bildirib ki, xırdabuynuzlu heyvanlara ən çox zərər verən infeksion xəstəliklərdən biri də çiçək xəstəliyidir. Bu xəstəliyin ümumi müddəti 3-4 həftə çəkir. Yekun çox vaxt sağalma ilə nəticələnir. Əgər çiçək ana qoyunlarda boğazlıq dövründə baş verərsə, balasalma baş verə bilər.
Təlimdə fermerlərə xırdabuynuzlu heyvan saxlanılan təsərrüfatda yoluxucu xəstəliklərin baş verməməsi üçün dövlət tərəfindən verilən peyvəndlərin vurulmasından yayınmaması, təsərrüfatda tez-tez dezinfeksiya işlərinin aparılması və xəstəlik halları baş verərsə, mütəmadi olaraq baytarlıq idarəsi ilə əlaqə saxlamaları tövsiyə edilib.
Tədbirdə həmçinin çiçək xəstəliyi barədə ətraflı danışılıb. Xəstəliyin yoluxma və xəstəlikdən qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu bir daha vurğulanıb.
Həmçinin qeyd edilib ki, cari il ərzində Tovuz rayonunda 229988 baş xırdabuynuzlu heyvanda çiçək xəstəliyinə qarşı peyvəndləmə aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır