Arıların Amerika çürüməsinə qarşı aparılan mübarizə tədbirləri-Mütəxəssis tövsiyəsi
2021-07-27 00:00:00
Ümumi məlumat: Amerika çürüməsi-möhürlü arı sürfələrinin infeksion xəstəliyidir. Sürfələrin və gəlinciklərin çürüməsi ilə səciyyələnir.
Amerika çürüməsi arıların karantin xəstəliklərinə aid edilərək mütləq qeydiyyata alınan B qrup xəstəliklərindən hesab edilir (Ümümdünya Heyvan Sağlamlığı Təşkilatı və ya BEB).
Amerika çürüməsi xəstəliyi yaz-yay dövründə, xüsusən də iyul-avqust aylarında ailənin istilənməsi dövründə və az miqdarda bal toplama ərəfəsində daha intensiv baş verir.
İqtisadi zərər. Amerika cürüməsi vurdugu iqtisadi ziyana görə digər xəstələklərə nisbətən xeyli yüksəkdir. Xəstəlik zamanı məhsuldarlıq 30-80% aşagı düşür.
Xəstəlik törədicisinin mənbəyi xəstə arı ailəsi hesab edilir. Amerika çürüməsi əsasən işçi və ana arıların həmçinin yaşlı sürfələrin xəstəliyidir, ancaq bəzən erkək arı sürfələri də xəstəliyə tutulurlar. İnfeksiyanın yayılmasında böyük və kiçik mum güvəsi, gənələr və s. mühüm rol oynayır.
Gedişi və kliniki əlamətləri. Xəstəliyin inkubasiya dövrü 3—7 gündür. Xəstəliyə diaqnozu – epizootoloji məlumatlar, xəstəliyin əlamətləri, mikroskopik nəticələr – süfrələrin cəsədlərində olan maddələrdə patogenin aşkar edilməsi yolu ilə müəyyən olunur. Amerika çürüməsi zamanı ailədə sürfələrin olduğu şanın gözcüklərində onun qapağının mərkəzdən cırılması və rəngin tündləşməsi görünür. Xəstəliyin əvvəlində sürfələr seqmentasiyasını itirir, ağ parlaq rənglərini dəyişərək tədricən tündləşir və boz-qonur rəng alır.
Xəstəliyin ilk dövründə tək-tək sürfələrin prosesə uğraması və sonra isə tədricən bütün sürfələrin iltihabı nəzərə çarpır. Xəstəliyin sonunda sürfə tünd qonur rəngdə olur. Ölmüş sürfə kütləsi şanın gözcüyünün bir tərəfində olur və yapışqanlıq çoxalır. Əgər belə ölmüş sürfəyə bakterioloji ilgəklə toxunub geri çəksək yapışqanlı kütlə ipək sap kimi 10—15 sm uzanacaqdır. Amerika çürüməsi xəstəliyində arı ailəsindən dülgər yapışqanı iyi gəlir.
Ölmüş sürfə quruyur, qartmaq əmələ gətirir və möhkəm şəkildə gözcüyünün bir tərəfinə yapışır. Yapışqanlıq çox olduğuna görə təmizlik işinə baxan arılar həmin ölmüş sürfəni şanın gözcüyündən çıxara bilmir. Ona görə də xəstəliyin törədicisi arı ailəsində toplanır. Arı ailəsində cavan arıların miqdarı kəskin şəkildə azalır və vaxtında müvafiq müalicə və mübarizə tədbirləri aparılmadıqda arı ailəsi yay fəslinin müxtəlif aylarında məhv olur.
Xəstəlik arı ailəsində nisbətən yüngül getdikdə qışlamaya qədər davam edir və qışlamadan çıxmış arı ailəsi həddən artıq zəif olmaqla qısa müddətdə tələf olur.
Profilaktikası. Xəstəliyin profilaktikası törədicinin ötürülməsının qarşısının alınmasına, həmçinin ailələrin rezistentliyinin yüksəldilməsinə yönəldilməlidir. Arıxanalar yalnız sağlam arı ailələrindən təşkil olunmalıdır.
Arıxanaların köçürülməsi zamanı yerlərin və qonşu arıxanaların Amerika çürüməsinə görə sağlamlığı nəzərə alınmalıdır. Amerika çürüməsinin qabağını almaq arıların, arıxananın ərazisinin və yardımçı binaların saxlanılmasında sanitariya qaydalarına ciddi əməl olunmasını tələb edir. Yazda ailələrin təftişi zamanı onları dezinfeksiya olunmuş pətəklərə köçürülməli, hər bir arıxanada 15%-dən az olmayaraq ehtiyat təknələr olmalıdır. Hər il ən azı şanların 1/3 təzələnməsi olduqca vacibdir. Şanların istismar müddəti 2 ildən artıq olmamalıdır.
Arılarda Amerika çürüməsi xəstəliyi müəyyən edilən zaman arıxanada və onun ətrafında 5-7 km radiusdakı ərazi qeyri-sağlam elan olunur və karantin qoyulur.
Aqrar Xidmətlər Agentliyi arıçıların nəzərinə çatdırır ki, arıxanaların sanitar vəziyyətinə baytarlıq nəzarəti gücləndirilməli, xəstəliyə yoluxmuş bütün şanılar çıxdaş olunmalı, həmçinin inventar və avadanlıqlar mexaniki təmizlik aparıldıqdan sonra baytar həkiminin nəzarəti və iştirakı ilə dezinfeksiya edilməlidir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır