Neftçalada quşçuluqla məşğul olan fermerlərə təlim keçirilib
2019-08-30 00:00:00
Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzində “Quşlarda çiçək və nyukasl xəstəliklərinin profilaktikası və mübarizə tədbirləri” mövzusunda quşçuluqla məşğul olan fermerlərə təlim keçirilib. Təlimdə 11 fermer iştirak edib.
Təlim Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Neftçala Rayon Baytarlıq İdarəsinin rəisi vəzifəsini icra edən Alim Rüstəmov və rəis müavini, epizootik həkim Sərraf İsmayılov tərəfindən aparılıb. Təlimçilər quşçuluğun əhəmiyyəti barədə fermerlərə məlumat verib. Təlimçilər quş ətinin və yumurtasının insanlar üçün əsas qida məhsulları olduğunu qeyd ediblər.
Təlimdə quşlar arasında baş verən infeksion xəstəliklər barədə məlumat verilib. Bildirilib ki, quşçuluğa ən çox zərər verən infeksion xəstəliklərdən biri də “nyukasl” xəstəliyidir. Qeyd olunub ki, “nyukasl” xəstəliyi toyuq cinsindən olan quşlar arasında kütləvi ölümə səbəb olur. Bu xəstəlikdən ev quşlarını qorumağın ən etibarlı yolu vaxtında peyvəndləmə aparılmasıdır. Belə ki, 1-2 həftəlik cücələr “La-sota”, 2 aylıqdan yuxarı olan quşlar isə “H” vaksini ilə peyvənd olunmalıdır.
Tədbirdə quşların çiçək xəstəliyi barədə də danışıb. Bildirilib ki, çiçək virus mənşəli xəstəlikdir. Bu xəstəlik ev quşları arasında tələfata və məhsuldarlığın aşağı düşməsinə gətirib çıxarır. Çiçək xəstəliyinin klinik əlamətləri, yoluxma yolları və xəstəlikdən qorunma yolları haqqında təlim iştirakçılarına məlumat verilib. Xəstəlikdən qorunmağın ən etibarlı yolunun vaksinasiya olduğu vurğulanıb.
Həmçinin təlimdə fermerlərə bildirilib ki, peyvəndləmə mütləq baytar həkimlər tərəfindən aparılmalı, eyni zamanda ev quşlarını xəstəliklərdən qorumaq üçün baytarlıq-sanitariya normalarına əməl olunmalıdır.
Təlimin sonunda fermerləri maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır