Kürdəmir rayonunda xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir
2021-08-04 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində xüsusi karantin rejiminin tələblərinə (COVID-19-la əlaqəli) əməl edilməklə epizootik tədbirlər davam etdirilir.
AXA bildirir ki, Kürdəmir rayonunda “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilir.
Cari ilin 7 ayı ərzində Aqrar Xidmətlər Agentliyinin Kürdəmir Rayon Baytarlıq İdarəsinin əməkdaşları xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıblar. Belə ki, 56642 baş iribuynuzlu, 112465 baş xırdabuynuzlu, 909 baş təkdırnaqlı heyvanlarda və 100 baş donuzlarda qarayara, 55893 baş iribuynuzlu və 107757 baş xırdabuynuzlu heyvanlarda dabaq, 100 baş donuzlarda klassik taun, 56875 baş iribuynuzlu heyvanlarda infeksion nodulyar dermatit, 94342 baş xırdabuynuzlu heyvanlarda çiçək, 75408 baş xırdabuynuzlu heyvanlarda (Rev-1), 18702 baş iribuynuzlu heyvanlarda (S-19) bruselyoz, 5080 baş sahibli itdə quduzluq, 239194 baş ev quşlarında nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 1512 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eləcə də 5857 baş iribuynuzlu heyvanlarda vərəmə görə və 468 baş təkdırnaqlı heyvanlarda manqoya görə diaqnostik müayinəyə aparılıb.
Cari ilin müvafiq dövr ərzində Kürdəmir rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də həyata keçirilib. Rayonda baytar mütəxəssisləri tərəfindən vətəndaşların müraciəti əsasında 2880 kvadratmetr ərazidə ödənişli profilaktik və 84020 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla yerinə yetirilir.
Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermer və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maariflənmə və təbliğat işləri həyata keçirilir.
Qeyd edək ki, gələcəkdə Kürdəmir rayonunda iri və xırdabuynuzlu heyvanlar arasında dabaq, cavan iribuynuzlu heyvanlar arasında nodulyar dermatit və qarayara xəstəliklərinə qarşı vaksinasiya tədbirlərinin aparılması nəzərdə tutulur.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinin nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır