Şəkinin heyvandarlıq təsərrüfatlarında epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
2021-08-05 00:00:00
Ölkədə epizootik durum sabitdir. Bu sabitliyi qoruyub saxlamaq məqsədi ilə Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən 2021-ci ilin ilk günlərindən başlayaraq iti yoluxucu xəstəliklərə qarşı profilaktik peyvəndləmə, müalicə və diaqnostik müayinə tədbirlərinə start verilib. Tədbirlər “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun “Soyuq zəncir” rejimi gözlənilməklə aparılır.
AXA bildirir ki, cari ilin 7 ayı ərzində Şəki rayonunda mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri diqqətdə saxlanılıb. Rayonda baytar mütəxəssisləri tərəfindən vətəndaşların müraciəti əsasında 29715 kvadratmetr ərazidə ödənişli əsaslarla profilaktik, peyvəndləmə aparılan 68995 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri həyata keçirilib. Eləcə də 2 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvanlarda qan-parazitar, 659 baş iribuynuzlu, 129 baş xırdabuynuzlu və 5 baş təkdırnaqlı heyvanlarda yoluxmayan xəstəliklərə görə müalicə işləri görülüb. Eyni zamanda 86 baş iribuynuzlu, 338 baş xırdabuynuzlu və 144 baş təkdırnaqlı heyvanlarda ektoparazitar xəstəliklərə qarşı çimizdirmə aparılıb.
Həmçinin 2021-ci ilin 7 ayı ərzində Şəki rayonunu əhatə edən təsərrüfatlarda 62851 baş iribuynuzlu, 172762 baş xırdabuynuzlu və 1749 baş təkdırnaqlı heyvanlarda qarayara, 48803 baş iribuynuzlu və 170957 baş xırdabuynuzlu heyvanlarda dabaq, 152968 baş xırdabuynuzlu heyvanlarda çiçək, 7525 baş iribuynuzlu və 19721 baş xırdabuynuzlu heyvanlarda bruselyoz, 4519 baş itlərdə quduzluq, 197 baş iribuynuzlu heyvanlarda pasterelyoz, 62766 baş iribuynuzlu heyvanlarda nodulyar dermatit, 4939 baş iribuynuzlu heyvanlarda leptespiroz xəstəliklərinə qarşı profilaktik peyvənd aparılıb. Eləcə də vəhşi heyvanlarda oral immunizasiya məqsədi ilə kəndətrafı meşə ərazilərinə və sahibsiz itlərin toplandığı yerlərə 5 min doza miqdarında tələ yemi qoyulub.
Hazırda epizootik tədbirlər planına uyğun profilaktik peyvəndləmə tədbirləri davam etdirilir.
İdarənin mütəxəssisləri müayinə tədbirlərini də diqqətdə saxlayıblar. Belə ki, cari ilin 7 ayı ərzində 1002 baş təkdırnaqlı heyvanlarda manqoya, 6176 baş iribuynuzlu heyvanlarda vərəmə görə diaqnostik müayinə həyata keçirilib. Eləcə də 1 baş ana qoyunda, 1 baş keçidə, 27 baş qoçda və 687 baş iribuynuzlu heyvanlarda bruselyozun müayinəsi məqsədi ilə qan nümunələri götürülərək müvafiq laboratoriyalara göndərilib.
Qeyd edək ki, mütəxəssislər tədbirləri xüsusi geyim dəsti, əlcək və qoruyucu maskalardan istifadə etməklə aseptika və antiseptika qaydalarına uyğun yerinə yetirirlər. Aparılan peyvəndləmədən sonra dezinfeksiya işləri görülür. Bunlarla yanaşı, baytar mütəxəssisləri fermer və fərdi təsərrüfat sahiblərinə müxtəlif xəstəliklər haqqında maariflənmə işləri həyata keçirirlər.
AXA bildirir ki, hazırda xüsusi təhlükəli xəstəliklərə görə ölkədə epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır