Taxıl əkinlərində taxıl böcəyinin sürfələrinə qarşı kimyəvi mübarizə tədbirləri davam edir
2021-11-26 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzinin mütəxəssisləri tərəfindən 2022-ci ilin məhsulu üçün 2021-ci ilin payızında əkilmiş taxıl sahələrində taxıl böcəyinin süfrələrinə qarşı mübarizə aparmaq məqsədilə 14613 hektarında fitosanitar müşahidələr aparılmış, 9122 hektarda sirayətlənmə aşkar edilmiş və 8100 hektarda kimyəvi mübarizə tədbirləri aparılmışdır. Əsasən, Cəlilabad rayonunda 825 hektar, Şəkidə 6357 hektar, Şəmkir rayonunda 234 hektar, Qax rayonunda 158 hektar sahədə kimyəvi mübarizə tədbirləri həyata kecirillib. Hazırda Respublikanın taxıl əkini sahələrində fitosanitar sabitliyin qorunması məqsədi ilə Agentliyin yerli qurumları tərəfindən fitosanitar müşahidələr və müvafiq mübarizə tədbirləri davam etdirilir.
Qeyd edək ki Əsasən dənli bitkilərə zərər vuran taxıl böcəyi (Zabrus tenebrioides Goeze) növünün Azərbaycanda adi zaqafqaziya taxıl böcəyi (Z. tenebrioides ssp elongatus Men.), böyük taxıl böcəyi (Zabrus spinipes Fabr), dağ taxıl böcəyi (Z. spinipes ssp rugosus Men.) və cənub taxıl böcəyi (Z. morio Men.) yarımnövləri yayılmışdır. Bu böcəklərin xarici görünüşü, həyat tərzi və bitkiyə vurduqları zədələr oxşardır, lakin geniş yayılmasına və zərərvurma dərəcəsinə görə birinci yerdə adi zaqafqaziya taxıl böcəyi durur. Əsas ziyanı sürfələr verir. Sürfələri əkin sahələrinə həm payızda, həm də yazda ziyan vurur. Qış mülayim keçdikdə inkişafını başa çatdırmamış sürfələr qışda da qidalanır. Sürfələr müsbət 1°C-də inkişaf edə və qidalana bilir. Sürfələr bitkinin yarpaqları, yetkin böcəklər isə “sütül” dənləri ilə qidalanırlar. Bir böcək imagianal həyatı dövründə 40-60, orta hesabla 55 dən yeyə bilir. Mübarizə tədbirləri aparılmazsa məhsul itkisi 20-30%, hətta 70-80%-ə çata bilər.
Dağlıq və dağətəyi ərazilərdə ilk sürfələrə sentyabr ayının 25-dən, aran zonada isə sentyabrın 15-dən etibarən təsadüf edilir. Bu zaman torpaqda nəmliyin miqdarı böyük rol oynayır. Kifayət qədər nəmlik olduqda sürfələr yumurtalardan daha tez çıxırlar və inkişafları payızda qurtarır. Yazda belə süfrələr demək olar ki, qidalanmadığı üçün zərər vurmur. Yumurtadan təzə çıxmış sürfələr əvvəlcə yerə tökülmüş dənlərin və yabanı taxılların cücərtiləri ilə qidalanırr. İl ərzində 1 nəsil verir.
Mübarizə tədbirləri:
Aqrotexniki mübarizə:
Sahə biçildikdən sonra küləş tam yığılmalı, 25-30 sm dərinliyində
şum aparılmalı;
Növbəli əkin tətbiq edilməli;
Şumaltına digər gübrələrlə yanaşı fosforlu gübrələr verilməli;
Bitkisiz herik, xüsusilə qara herik sürfələrin xeyli azalmasına səbəb olur;
Toxumlar səpinqabağı dərmanlanmalıdır;
Sirayətlənmiş sahələrdə bərk buğda sortları əkilməsi tövsiyə olunur.
Kimyəvi mübarizə:
Payızda bitkilərin kollanması dövrünə qədər 1m2-də sürfələrin sayı 1-2 ədəd, yazda bitkilərin boyatma dövründə isə 3-4 ədəd olarsa təsiredici maddəsi imidokloprid 150q/l+lambda siqalotrin 50q/l olan preparatlardan (0.08-0.1 l/ha) və ya təsiredici maddəsi deltametrin 25q/l olan preparatlardan (0.25 l/ha) istifadə etməklə kimyəvi mübarizə tədbirləri həyata keçirilməlidir.
Təsiredici maddəsi iki tərkibli preparatlar bir tərkibli olan preparatlara nisbətən, taxıl böcəyinə qarşı həm bioloji, həm də iqtisadi cəhətdən daha səmərəlidirlər.
Sürfələrə qarşı mübarizə zamanı hektara 200 litr işçi məhlul sərf olunmalıdır. Tətbiq olunan insektisidlərə qarşı taxıl böcəyində davamlılıq yaranmaması üçün preparatlar mütləq qaydada növbələşdirilməlidirlər (qrup və təsiredici maddələr üzrə).
Fermerlərə taxıl böcəyinin əkin sahələrinə vura biləcəkləri ziyanın vaxtında qarşısının alınması məqsədi ilə zərərvericinin müşahidə edildiyi ilk dövrlərdə Aqrar Xidmətlər Agentliyinin yerli qurumlarına müraciət etmələri tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır