Tovuz rayonunda xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktik tədbirlər davam etdirilir
2021-09-06 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) tərəfindən ölkə ərazisində mövcud olan epizootik sabitliyin təmin edilməsi və zoonoz xəstəliklərin qarşısının alınması istiqamətində xüsusi karantin rejiminin tələblərinə (Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19-la əlaqədar bütün tövsiyə və tələblərinə) əməl edilməklə epizootik tədbirlər davam etdirilir.
AXA bildirir ki, Tovuz rayonunda “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na uyğun rayon ərazisində saxlanan heyvanlar və quşlar arasında profilaktik peyvəndləmə tədbirləri və diaqnostik müayinələr icra edilir.
Cari ilin 8 ayı ərzində Aqrar Xidmətlər Agentliyinin Tovuz rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsinin əməkdaşları xüsusi təhlükəli infeksion xəstəliklərin qarşısını almaq və xroniki yoluxucu xəstəlikləri müəyyən etmək üçün diaqnostiki müayinələr aparıblar. Belə ki, 44715 baş iribuynuzlu, 167137 baş xırdabuynuzlu, 2319 baş təkdırnaqlı heyvanlarda qarayara, 44862 baş iribuynuzlu və 159397 baş xırdabuynuzlu heyvanlarda dabaq, 44521 baş iribuynuzlu heyvanlarda infeksion nodulyar dermatit, 3997 baş iribuynuzlu heyvanlarda leptospiroz, 147466 baş xırdabuynuzlu heyvanlarda çiçək, 26320 baş xırdabuynuzlu heyvanlarda (Rev-1), 6418 baş iribuynuzlu heyvanlarda (S-19) bruselyoz, 6434 baş sahibli itdə quduzluq, 127762 baş ev quşlarında nyukasl xəstəliklərinə qarşı profilaktiki peyvəndləmə tədbirləri aparılıb. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə 904 baş iribuynuzlu, 2 baş xırdabuynuzlu (ana qoyundan) heyvandan qan alınaraq seroloji müayinə edilib. Eləcə də 3039 baş iribuynuzlu heyvanlarda vərəmə görə və 346 baş təkdırnaqlı heyvanlarda manqoya görə diaqnostik müayinə aparılıb.
Cari ilin 8 ayı ərzində idarə tərəfindən 8255 nəfər vətəndaşın müraciətinə baxılaraq, 1600 vətəndaşa məxsus isə 1624 baş (iribuynuzlu, xırdabuynuzlu və təkdırnaqlı heyvanlar) heyvan baytar həkimləri tərəfindən nəzarətə götürülüb. Eləcə də 17 nəfər vətəndaşın quşunda diaqnostik məqsədlə patanatomik yarma aparılaraq diaqnoz qoyulmaqla müalicə təyin edilib.
Cari ilin müvafiq dövr ərzində Tovuz rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, mal-qara saxlanılan yerlərdə dezinfeksiya tədbirləri də həyata keçirilib. Rayonda baytar mütəxəssisləri tərəfindən vətəndaşların müraciəti əsasında 3240 kvadratmetr ərazidə ödənişli profilaktik, 14737 kvadratmetr ərazidə isə məcburi dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla yerinə yetirilir.
Qeyd edək ki, qarşıdakı aylarda iribuynuzlu heyvanlarda dabaq, bruselyoz, qarayara (cavanlarda), xırdabuynuzlu heyvanlarda isə bruselyoz xəstəliklərinə qarşı peyvəndləmə tədbirinin aparılması nəzərdə tutulur.
Rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermer və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında, eləcə də koronavirus pandemiyası ilə bağlı maariflənmə və təbliğat işləri həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinin nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır