Ucar rayonunda heyvanların qarayara və quduzluq xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yekunlaşıb
2021-09-10 00:00:00
Aqrar Xidmətlər Agentliyi (AXA) bildirir ki, xüsusi karantin rejimi dövründə Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün tövsiyə və tələblərinə uyğun Ucar rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsi tərəfindən ciddi baytarlıq tədbirləri davam etdirilir.
Ucar rayonunda “Azərbaycan Respublikası üzrə 2021-ci il üçün epizootiya əleyhinə profilaktik və diaqnostik tədbirlər planı"na müvafiq xüsusi təhlükəli xəstəliklərdən olan iribuynuzlu heyvanların infeksion nodulyar dermatiti, dabağı, bruselyozu, leptospirozu, xırdabuynuzlu heyvanların dabağı, qarayarası, bruselyozu, çiçəyi, sahibli itlərin quduzluğu və quşların nyukasl xəstəlikləri əleyhinə peyvəndləmə tədbirləri aparılır. Artıq rayonda saxlanılan 45297 (o cümlədən 1274 baş iribuynuzlu cavanlarda) baş iribuynuzlu, 51702 baş xırdabuynuzlu, 451 baş təkdırnaqlı heyvanların qarayara və 4281 baş sahibli itlərin quduzluq xəstəliklərinə qarşı peyvəndləmə işi yekunlaşıb.
2021-ci ilin 8 ayı ərsində isə rayonun ayrı-ayrı təsərrüfatlarında 47214 baş xırdabuynuzlu heyvanlarda çiçək, 48972 baş (o cümlədən 6709 baş iribuynuzlu cavanlarda) iribuynuzlu heyvanlarda nodulyar dermatit, 4943 baş iribuynuzlu heyvanlarda leptespiroz, 51722 baş xırdabuynuzlu və 44335 baş iribuynuzlu heyvanlarda dabaq, 6119 baş xırdabuynuzlu (Rev-1 vaksini ilə) və 3894 baş iribuynuzlu heyvanlarda (S-19 vaksini ilə) bruselyoz, 98327 baş körpə cücələrdə (“La-sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri həyata keçirilib. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “Soyuq zəncir” rejiminə riayət olunmaqla yerinə yetirilir. Eyni zamanda 8473 baş iribuynuzlu heyvanlarda vərəmə görə və 250 baş təkdırnaqlı heyvanlarda manqoya görə diaqnostik müayinə aparılıb.
Həmçinin həssas heyvanlarda bruselyoz və epididimit xəstəliklərini aşkara çıxarmaq məqsədi ilə 86 baş ana qoyundan, 1333 baş qoçdan qan nümunələri götürülərək seroloji, 10 baş toyuqdan götürülən qan və patoloji nümunələr isə “quş qripi” xəstəliyinin müayinəsi məqsədi ilə laboratoriyaya göndərilib. Eləcə də 178 baş iribuynuzlu heyvandan bruselyoza görə qan nümunələri götürülərək seroloji müayinə məqsədi ilə laboratoriyaya çatdırılıb.
Cari ilin 8 ayı ərzində qan-parazitar xəstəliyi aşkar edilən 23 baş iribuynuzlu, 3 baş xırdabuynuzlu heyvanlarda baytar mütəxəssisləri tərəfindən müalicə tədbirləri həyata keçirilib və heyvanların sağlamlığı təmin edilib. Eləcə də 232 iribuynuzlu, 16 baş xırdabuynuzlu heyvanlarda və 1 baş atda yoluxmayan xəstəliklərə görə müalicə işləri aparılıb. Eyni zamanda rayonun baytar mütəxəssisləri tərəfindən 106 baş iribuynuzlu, 55 baş xırdabuynuzlu heyvanlarda helmintozlara qarşı işləmələr həyata keçirilib.
Cari ilin müvafiq dövrü ərzində Ucar rayonunda aparılan peyvəndləmə və müalicə tədbirləri ilə yanaşı, idarə tərəfindən təsərrüfatlarda baytarlıq-sanitariya tədbirləri və dezinfeksiya işləri həyata keçirilir. Cari ilin 8 ayı ərzində Ucar rayonunda baytarlıq mütəxəssisləri tərəfindən 35 obyektin 480 kvadratmetr ərazisində profilaktik dezinfeksiya, 1102 obyektin 36494 kvadratmetr ərazisində isə məcburi dezinfeksiya işləri görülüb.
Qeyd edək ki, cari ilin növbəti aylarında iribuynuzlu heyvanlarda dabaq, qarayara (cavanlarda), xırdabuynuzlu heyvanlarda isə dabaq və çiçək xəstəliklərinə qarşı peyvəndləmə tədbirlərinin aparılması nəzərdə tutulur.
Həmçinin heyvan sahiblərinə baytarlıq-sanitariya və biotəhlükəsizlik qaydalarına əməl olunması, heyvandarlıq fermalarının giriş yolunda dezbaryerlər və sanitar-buraxılış məntəqəsinin təşkil edilməsi, heyvanların yemlənməsi və suvarılmasının düzgün təşkil edilməsi və koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar insanların bir-biri ilə təması zamanı ən azı 2 metr məsafənin gözlənilməsi, sanitariya-gigiyenik tələblərə əməl edilməsi tövsiyə olunur. Eləcə də rayon ərazisində aparılan tədbirlərlə yanaşı, mütəmadi olaraq fermer və sahibkarlar arasında heyvanların saxlanması, yemləndirilməsi və xəstəliklərdən qorunması mövzularında maariflənmə və təbliğat işləri həyata keçirilir.
Aqrar Xidmətlər Agentliyi bildirir ki, ölkədə aparılan profilaktiki peyvəndləmələrin, diaqnostik müayinələrin və baytarlıq-sanitariya tədbirlərinin vaxtlı-vaxtında yerinə yetirilməsinin nəticəsi olaraq respublika ərazisində heyvanlar və quşlar arasında iti yoluxucu xəstəliklər baş verməyib və hal-hazırda epizootik vəziyyət sabitdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır