Respublika toxum sərgi-satış yarmarkası öz işini uğurla yekunlaşdırdı
2021-09-13 00:00:00
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir. Bu dəfəki sərgi-satış yarmarkası Xaçmaz KOB evinin qarşısında təşkil olunub.
Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik Elmi-Tədqiqat İnstitutları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələri həmçinin yerli toxum istehsalçıları toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Tədbirdə çıxış edən Xaçmaz rayon İH başçısı Elnur Rzayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatının inkişaf etdirilməsi və müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür. Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davamlı şəkildə həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı çərçiəvsində xeyli sayda istehsal və emal müəssisələri yaradılıb. Bu gün Xaçmazda keçirilən toxum sərgi satış yarmarkasına da xeyli maraq var. Ətraf rayonlardan olan fermer və sahibkarlar bu yarmarkada iştirak edirlər.
Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsi və ixrac imkanlarının artırılması sahəsində ardıcıl tədbirlər görülür. Müasir aqro sistemlər qurulur, yeni torpaqlar əkin dövriyyəsinə qatılır, torpaq mülkiyyətçiləri texnika və gübrə ilə təmin edilirlər.
M.Əliyev diqqətə çatıdırb ki, bu gün bu gün ölkə üzrə keçirilən sayca 6-cı yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada Xaçmazdan olan fermerlərlə yanaşı Quba, Qusar, Siyəzən həmçinin digər rayonlardan olan fermer və toxumçular da təmsil olunurlar. Ümumiyyətlə isə ölkənin 6 regionunda keçirilən satış yarmarkaları istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında, işgüzar görüşlərin keçirilməsində, fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunmasında böyük əhəmiyyət kəsb edib. Toxum sərgi-satış yarmarkalarında fermerlər yerli sortların toxumlarına maraq göstəriblər. Gələcəkdə də toxum bazarının daha da inkişaf etidirilməsi üçün satış yarmarkalarının əhatəsinin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, keçirilən yarmarkalarda fermerlər və toxumçuları maraqlandıran suallar ətraflı cavablandırılıb və geniş müzakirələr aparılıb. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır