PAYIZLIQ TAXILLARDA STRES YARADAN AMİLLƏRİN ARADAN QALDIRILMASI
2022-01-17 00:00:00
Tarla şəraitində becərilən bitkilər hər zaman təbiətin biotik, abiotik amillərinin təsiri ilə stresə məruz qalırlar. Bəzi ətraf mühit amilləri (temperatur, nisbi rütubət və s.) qısa zaman kəsiyində stres əmələ gətirdiyi halda, digər amillər üçün bu müddət daha uzun ola bilər. Məsələn, torpağın qida mühiti, gübrələrdən və pestisidlərdən tətbiq normalarına və qaydalarına riayət olunmadan artıq istifadə, sistemsiz aqrotexniki stres əmələ gətirmək qabiliyyətinə malikdirlər.
Bioloji baxımdan stres bitkinin normal inkişafını zəiflədən, fizioloji dəyişikliklərə səbəb olan və ya onu mənfi istiqamətdə dəyişən mühitin təsirindən hər hansı bir dəyişiklik kimi qəbul edilir. Ətraf mühitin anormal biotik (patogen, digər orqanizmlərlə rəqabət və s.) və abiotik (quraqlıq, duzluluq, radiasiya, yüksək və aşağı hərarət və s.) təsirləri, bitkilərin fizioloji fəaliyyətində dəyişikliklərə səbəb olur, hüceyrədə gedən biosintez prosesini və normal həyat fəaliyyətini pozur və nəticədə bitkilərin məhsuldarlığı azaldır.
Dənli bitkilərdən əsasən buğda, arpa, çəltik və s. Inkişafının bütün mərhələrində müxtəlif təsirlərə məruz qalır və əks mühitin streslərini azaltmaq üçün daha çox bioloji potensial sərf edirlər. Payızlıq dənli bitkilər üçün bu cür mənfi proseslərin cücərmə, kollanma, boruyaçıxma, çiçəkləmə, sünbülləmə mərhələlərinədək baş verməsi mümkündür.
Toxumları funqisid və insektisidlərlə dərmanladıqda bir tərəfdən torpaqda olan patogenlər və zərərvericilərlə sirayətlənməsini azaldırsa, digər tərəfdən ilkin cücərtilərə stres yaşadır. Bu zaman inkişaf etməkdə olan cücərtilər torpağın turşuluğu və ya qələviliyi, qida elementlərinin çatışmamazlığı, həmçinin kimyəvi preparatların təsiri ilə üzləşirlər. Stres amillərin nəticəsində toxumun cücərməsi zəifləyir, cücərtilər seyrək alınır, bitkilərin kök sisteminin inkişafında zəiflik müşahidə olunur. Bu stress amili nəticəsində bitkinin məhsuldarlığının genetik potensialı hektardan 10%-ə qədər aşağı düşür.
Qeyd edilən bitkilərə olan mənfi təsiri toxumu dərmanlayan zaman kompleks qida elementlərindən və amin turşularından hazırlanmış preparatlardan istifadə etməklə azaltmaq mümkündür.
Payızlıq taxıllarda erkən yazda müxtəlif növ alaqlara qarşı herbisidlərlə mübarizə apardıqda yaşana biləcək kimyəvi stres amillərə (pesdisidin doza həddinin gözlənməməsi və s.) qarşı preventiv olaraq əkinlərə kökdənkənar yemləmə kimi tərkibində fosfor, maqnezium sulfat, sink, mis xelatları olan gübrələrdən istifadə olunması tövsiyyə olunur. Həmçinin bu aqrokimyəvi maddələrin tərkibində amin turşularının olmasını nəzər almaqla torpaq mühitinin reaksiyası öyrənilməlidir.. İstehsalatda yüksək aqrofon şəraitində aparılan təcrübələrin və çoxillik müşahidələrin nəticələrindən əldə olunan elmi qənaətə görə dənli bitkilərin məhsuldarlığının, keyfiyyətinin artırılması istiqamətində tətbiq olunan aqrokimyəvi proseslər kompleksində qeyd olunan ardıcıllıqlar pozulduqda bitkidə gedən fiziolojo-biokimyəvi reaksiyalar zəifləyir, zülalların sintezi prosesi pozulur,bar orqanları eləcədə gövdə və kök sistemi zəif inkişaf edir,hektardan məhsuldarlıq 30% azalır.
Bu mərhələdə əkinlərin azot, kükürd, maqnezium və tərkibində sink, mis və bor, habelə amin turşuları olan mikrogübrələrlə yarpaqdan qidalandırılması bitkinin məhsuldarlığına stres amilləri təsirini azaldır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır