Toxumluq əkinlərin qeydiyyatı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir
2022-03-17 00:00:00
Cari ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) “Toxum” modulu fəaliyyətə başlamışdır. Modulda toxumluq əkin bəyanlarının qəbulu, aprobasiyası, o cümlədən, istehsal olunmuş toxumların sertifikatlaşması kimi proseslərinin ayrı-ayrı mərhələləri elektronlaşdırılmışdır. Bununla da toxumçuluq fəaliyyəti ilə məşğul olan fermerlərə EKTİS-də öz şəxsi elektron kabinetlərinə daxil olaraq toxumluq əkin bəyanları haqqında məlumatları əlavə etmək imkanı yaradılmışdır. Bu baxımdan toxumluq əkin prosesinin mərhələlərlə həyata keçirilməsi (toxumluq əkin bəyanı, aprobasiya və sertifikatlaşma) müvafiq təsərrüfatların işlərinin həm şəffaf, həm də daha asan və səmərəli formada həyata keçirilməsinə şərait yaradır.
Eyni zamanda Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən qeyd olunan proseslərin EKTİS-ə inteqrasiyası üçün Regional Mərkəzlərin, DAİM əməkdaşlarının və toxumçu fermerlərin məlumatlandırılması üçün onlayn formatda təlimlər keçirilib. Hazırda Mərkəz tərəfindən bəyanlar ilə bağlı fermerlərə müvafiq dəstək göstərilməkdədir.
Aqrar sahədə bu kimi innovativ texnologiyaların tətbiqi nəticədə düzgün təhlillərin aparılmasına və tələbata uyğun toxum istehsalının təkmilləşdirilməsinə təkan verəcəkdir.
Bildiririk ki, cari ilin məhsulu üçün 150-dən çox toxumçuluq təsərrüfatı tərəfindən 52000 hektar sahə üzrə payızlıq əkinləri (toxumluq arpa və buğda) barədə məlumatlar EKTİS-ə daxil edilmişdir və proses davam edir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır