Taxıl sahələrində alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasına dair təlimlərə başlanılıb
2022-03-31 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin və Aqrar Təlim Mərkəzinin mütəxəssisləri tərəfindən payızlıq taxıl əkinlərində aqrotexniki tədbirlərin, o cümlədən alaq otlarına qarşı mübarizənin aparılmasına dair yerlərdə maarifləndirici tədbirlərə başlanılıb. Belə ki, Beyləqan və Salyan rayonlarında taxıl sahələrində “Alaq otlarına qarşı mübarizə tədbirləri və pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydaları” mövzusunda təlim keçirilib. Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov, Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəhbərliyi, yerli qurumların nümayəndələri, Aqrar Təlim mərkəzlərinin və Dövlət Aqrar İnkişaf mərkəzlərinin mütəxəssisləri, taxılçılıqla məşğul olan 40-dan çox fermer iştirak edib. Təlimdə AXA-nın sədr müavini Cəfər Məhərrəmov tərəfindən iştirakçılara yaz tarla işlərinin başlanması ilə əlaqədar payızlıq taxıl əkinlərində görüləcək işlər, o cümlədən taxıl sahələrində yayılan alaq otlarının növləri, zərərləri, mübarizə tədbirlərinin vaxtında və düzgün aparılması, tətbiq olunan yüksək keyfiyyətli herbisidlər və onlardan istifadə qaydaları, eləcə də pestisidlərlə iş zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması izah edilib və müvafiq tövsiyələr verilib.
Sonda təlim iştirakçıları tərəfindən nümayiş məqsədilə seçilmiş 3 ha payızlıq taxıl sahəsinə baxış keçirilib. Sahənin əsasən vələmir, qanqal, turpəng və digər alaqlarla sirayətlənməsi müəyyən olunub. Aqrar Təlim Mərkəzinin mütəxəssislərinin təşkilatçılığı ilə təlim iştirakçılarına sirayətlənmiş sahədə alaqlara qarşı mübarizədə Resital Duo 452,42 q\l 2.4 D +Etyhylexylester + 6,25 q\l Florasulam təsiredici maddəli herbisidlərdən hektara 0.5 litr normasında məhlul hazırlanaraq taxıl sahəsinə tətbiqi əyani nümayiş olunub.
Təlimdə fermerləri maraqlandıran suallar cavablandırılıb, maarifləndirici bukletlər paylanılıb və fikir mübadiləsi aparılıb. Bu sahə üzrə təlimlər respublikanın digər rayonlarında da davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır