Toxumluq taxıl sahələrində aprobasiyanın aparılmasına dair təlim keçirilib
2022-05-10 00:00:00
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilmiş və bu istiqamətdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən zəruri tədbirlərin görülməsi davamlı olaraq həyata keçirilir.
Bu məqsədlə toxumçuluq təsərrüfatlarının qeydiyyata alınmış toxumluq əkinlərində aprobasiya prosesinin hazırlıq mərhələsinə start verilmişdir. Belə ki, ətraf rayonların nümayəndələri də daxil olmaqla Sabirabad rayonunda aprobatorluğa namizədlərin aprobasiya prosesi üzrə nəzəri biliklərinin möhkəmləndirilməsi, aprobasiyaya hazırlığının təmin edilməsi, habelə aprobasiya prosesi ərzində şəffaflığın qorunması və keyfiyyətin artırılması məqsədilə “Toxumluq taxıl sahələrində aprobasiyanın aparılması” mövzusunda təlim keçirilib. Təlimdə Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və bitkiçiliyin təşkili şöbəsinin müdiri Möhtəsim Əhmədov “Dənli taxıl bitkilərində aprobasiya əlamətlərinin təyini” və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Qərib Novruzlu “Dənli taxıl, dənli–paxlalı bitkilərin aprobasiyası” mövzuları üzrə təqdimatla çıxış edərək aprobasiyanın həyata keçirilməsi mexanizmi, sort təmizliyinin müəyyən edilməsi, əkinlərin alaqlanma, xəstəliklərə yoluxma və zərərvericilərlə sirayətlənmə dərəcəsinin təyin edilməsi üsulları barədə ətraflı məlumatlar verilib.
Tədbir iştirakçılarına bukletlər və lazımi informasiya materialları paylanılıb və onları maraqlandırılan suallar ətraflı cavablandırılıb.
Sonda hər rayon üzrə cəlb olunan namizədlər attestasiyadan keçiriləcək və nəticədən asılı olaraq aprobator vəsiqəsi ilə təmin ediləcəklər.
Qeyd edək ki, növbəti təlim Şamaxı rayonunda keçiriləcəkdir. Nəzəri təlimlərdən sonra aprobasiya öncəsi dövrdə əkin sahələrində praktiki təlimlərin keçirilməsi də nəzərdə tutulub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır