Çəyirtkələrin miqrasiyasının qarşısı alınır
2022-05-12 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri həyata keçirilir. Belə ki, aparılan fitosanitar müşahidələrə əsasən Gürcüstan Respublikası ilə sərhəd zolağında yerləşən Samux rayonu Burunqovaq kəndi ərazisinə Gürcüstan Respublikasına məxsus təbii otlaq sahələri istiqamətindən xüsusi təhlükəli zərərverici hesab edilən mərakeş (Dociostaurus maroccanus) çəyirtkələrinin 1-2 yaş mərhələsində olan sürfə dəstələrinin miqrasiyası müəyyən edilib. Çəyirtkə dəstələrinin uçuş koordinatları və ümumi ərazisi müəyyənləşdirilib. Kimyəvi mübarizə tədbirlərinin vaxtında, operativ həmçinin optimal müddətdə və mobil texnikalar vasitəsilə aparılması nəticəsində çəyirtkə miqrasiyasının ziyan vurma həddi minimuma endirilib. AparıIan kimyəvi mübarizənin 90-95% səmərəliyi olub.

Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, zərərvericinin aşkarlanan xırda dəstələrə qarşı mübarizə tədbirləri həyata keçirilir. Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda dərhal Aqrar Xidmətlər Agentliyinin müvafiq yerli qurumlarına Rayon Bitki mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzlərinə və ya Kənd Təsərrüfatı Nazirliyinin 1652 Çağrı mərkəzinə məlumat versinlər.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır