Xaçmaz rayonunda “Yaz festivalı” keçirilib
2022-05-16 00:00:00
Aqrar Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkədə ilk dəfə olaraq mayın 14-də Xaçmaz rayonunda aqrar sahənin inkişafına yönəlmiş “Yaz festivalı” keçirilib. Festivalda kənd təsərrüfatı naziri İnam Kərimov, Xaçmaz rayon icra hakimiyyətinin başçısı Elnur Rzayev, Kənd Təsərrüfaı Nazirliyinin tabeli qurumlarının nümayəndələri, rayon icra hakimiyyətinin məsul şəxsləri, Aqrar Xidmətlər Agentliyinin rəhbərliyi və əməkdaşları, alimlər, fermerlər, kənd təsərrüfatı istehsal vasitələrinin satışı ilə məşğul olan sahibkarlar, müxtəlif şirkətlərin nümayəndələri, eləcə də yerli və xarici qonaqlar iştirak ediblər.
Festivalın keçirilməsində məqsəd fermerlərə dəstək məqsədilə müxtəlif kənd təsərrüfatı texnikaları, toxum, gübrə və ting istehsalçılarına öz məhsullarını nümayiş etdirmək, fermerlərin bu məhsullara əlçatanlığını təmin etmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirməkdir.
Nazir İnam Kərimov kənd təsərrüfatı texnikaları və ehtiyat hissələri, yerli istehsal toxumlar, ting, gübrə və kənd təsərrüfatı məhsullarının sərgiləndiyi stendlərə baş çəkib. Festival zamanı mütəxəssislər tərəfindən kənd təsərrüfatı məhsul istehsalçılarına məsləhət xidməti göstərilib, nümayiş olunan innovativ texnologiyaların iş prinsipi və onlardan istifadənin üstünlükləri barədə məlumat verilib. Eyni zamanda, festival çərçivəsində kənd təsərrüfatı texnikalarının sərgi-satış yarmarkası keçirilib. Fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, səpinin aparılması, gübrələrdən düzgün istifadə qaydaları haqqında ətraflı məlumatlar verilib və informasiya materialları təqdim olunub.
Tədbirdə həmçinin qonaqlar üçün kənd təsərrüfatı şirkətlərinin təqdimatı, milli kulinariya nümunələri təqdim edilib, yeni növ “Bahar” çörəyinin, “Paytaxt” və “Xaçmaz” brendlərinin təqdimatı keçirilib, mədəni-etnoqrafik tədbirlər təşkil olunub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır