Toxum sertifikatlaşdırılmasında yenilik tətbiq olunub
2021-10-20 00:00:00
Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər çərçivəsində digər sahələrlə yanaşı, kənd təsərrüfatının strateji əhəmiyyətli istehsal sahələrindən biri olan toxumçuluğun inkişaf etdirilməsi, məhsul istehsalçılarının keyfiyyətli toxuma olan tələbatının daxili istehsal hesabına təmin olunması prioritet vəzifələrdən biri kimi müəyyən edilib və bu istiqamətdə Aqrar Xidmətlər Agentliyi tərəfindən davamlı olaraq zəruri tədbirlər həyata keçirilir.
Bildiririk ki, keyfiyyətsiz, mənşəyi bilinməyən əkin materiallarının, həmçinin dövlət reyestrində qeydiyyatda olmayan bitki sortlarının toxumlarının ticarət dövriyyəsinə daxil edilməsinin və istifadəsinin qarşısını alınması məqsədi ilə Aqrar Xidmətlər Agentliyi tərəfindən beynəlxalq standartlara uyğun vahid etiketləşdirmə və sertifikatlaşdırma həyata keçirilir.
Bu texnologiyalardan biri də kənar müdaxilənin qeyri mümkün olduğu, baş verən bütün proseslər üzrə izlənməni təmin edən Blokçeyn texnologiyasıdır. Aqrar Xidmətlər Agentliyi tərəfindən, dünyanın qabaqcıl ölkələrində istifadə olunan yeni texnologiya bu il ilk dəfə olaraq ölkəmizdə tətbiq edildi. Bu məqsədlə İlkin olaraq toxum partiyalarının etiketlənməsindən başlanıldı. AXA tərəfindən keyfiyyətinə nəzarət olunan və yoxlanılan toxum partiyalarındakı hər bir kisə ayrılıqda kodlaşdırılaraq etiketlənmiş, daha sonra laboratoriya analizlərinin nəticələrinə əsasən sertifikatlaşdırılmışdır. Fermer aldığı toxumun həqiqətən də keyfiyyətli və sertifikatlı olduğuna əmin olmaq üçün etiketdə olan QR kodu öz smartfonuna oxutdurmaqla, həmçinin “toxum.info.az” saytına daxil olub etiketdə olan nömrəni əlavə etməklə toxumun sertifikatlılığı haqqında ətraflı məlumat əldə edə bilər. Eyni zamanda sual düyməsini sıxaraq nümunə forması ilə tanış olmaq olar.
Fermerlər bol və keyfiyyətli məhsul əldə etmək üçün aldığı toxumun keyfiyyəti haqqında məlumatı yoxlamağı unutmamalıdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının “Toxumçuluq haqqında” Qanununa görə Azərbaycan Respublikasında qablaşdırılmamış və etiketləşdirilməmiş, sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı olmayan toxumların ticarət dövriyyəsinə daxil edilməsi qadağandır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır