Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinin təşkilinə dair təlim keçirilib
2022-06-07 00:00:00
Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən Ceyrançöl ərazisində Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarının bitki mühafizəsi mütəxəssisləri, texniki heyət və fermerlər üçün “Çəyirtkəkimilərin idarə olunması və onlara qarşı mübarizədə tətbiq edilən pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin qarşısının alınması, həmçinin Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması” mövzusunda təlim keçirilib. Təlimdə yerli qurumların mütəxəssisləri, çiləyici operatorlar və fermerlər iştirak edib. İştirakçılara çəyirtkəkimilərin biologiyası, zərərvurma xüsusiyyətləri, tətbiq olunan mübarizə üsulları və dərmanlama zamanı pestisidlərin insanlara və ətraf mühitə mənfi təsirinin qarşısının alınması, həmçinin çəyirtkələrlə bağlı məlumat bazasına - Məlumatların Toplanmasının Avtomatlaşdırılmış Sistemi (ASDC) üzrə yığılması barədə ətraflı məlumatlar verilib. Təlim tarla şəraitində-çəyirtkələrin məskunlaşdığı Ceyrançöl ərazisində davam etdirilmiş və çəyirtkələrlə bağlı avtomatlaşdırılmış sistem (ASDC) üzrə tarla şəraitində toplanmış məlumatların planşetlər vasitəsi ilə məlumat bazasına ötürülməsi izah edilmiş və ultra kiçik həcmli (UKH) çiləyici texnikaların kalibirlənməsi nümayiş etdirilib. Həmçinin iştirakçılara bukletlər, maarifləndirici materiallar təqdim edilib.
Qeyd edək ki, son zamanlarda ölkəmizdə çəyirtkəkimilərə qarşı kimyəvi mübarizədə ultra kiçik həcmli (UKH) çiləyicilərin tətbiqi yüksək bioloji səmərəlilik göstərməklə qısa müddət ərzində böyük sahələrin dərmanlanmasına şərait yaradır. Müqayisəli olaraq traktora qoşulan çiləyicilərlə gün ərzində 20-30 hektar çiləmələr aparıldığı halda, avtomobillərə bərkidilən ultra kiçik həcmli (UKH) çiləyicilər vasitəsilə 200-400 hektar ərazidə dərmanlamaların aparılması mümkündür. Eyni zamanda UKH çiləyicilərdə istifadə olunan kimyəvi preparatlar yağ əsaslı olduğu üçün birbaşa suda həll edilmədən tətbiq olunur. Bu isə əlavə su ehtiyatının yaradılmasına, daşınmasına və tətbiqinə olan çətinliyi aradan qaldırır.
Hər il sürü əmələ gətirən çəyirtkəkimilərin idarə edilməsi, müşahidələrin aparılması və mübarizə işinin mütəşəkkil təşkili məqsədilə Aqrar Xidmətlər Agentliyində müvafiq qabaqlayıcı tədbirlər planlaşdırılır və çiləyici avadanlıqların işlək vəziyyətdə olmasına diqqət yetirilir.
Hal-hazırda çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri Ceyrançöl ərazisində davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır