Kürdəmirdə “Taxılçılıqda innovativ texnologiyaların tətbiqi” mövzusunda təlim keçirilib
2022-06-08 00:00:00
Aqrar Xidmətlər Agentliyinin (AXA) Kürdəmir rayon Aqrar Təlim Mərkəzində “Taxılçılıqda innovativ texnologiyaların tətbiqi” mövzusunda tarla seminarı keçirilib. Tədbirdə AXA əməkdaşları, taxılçılıqla məşğul olan bölgə fermerləri iştirak edib. Təlim iştirakçıları Aqrar Təlim Mərkəzinin 10 hektar nümunəvi taxıl sahələrinə baxış keçirib, həyata keçirilən aqrotexniki tədbirlərlə əyani tanış olublar.
Tədbirdə Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin rəisi Ceyhun İbrahimov taxılçılıqda həyata keçirilən aqrotexniki tədbirlər barədə məlumat verərək bildirib ki, təlimin əsas məqsədi nümayiş sahələrinə baxış keçirmək və innovativ texnologiyaları öyrənməklə fermerlərin taxılçılıqda yüksək məhsul əldə etməsidir.Həmçinin qeyd edib ki, regionun xüsusiyyətlərinə uyğun sortların seçilməsi, toxumun dərmanlanması, aqrotexniki tədbirlərin, eləcə də zərərli orqanizmilərə qarşı mübarizə tədbirlərini vaxtında və düzgün həyata keçirməklə yüksək məhsuldarlığa nail olmaq olar. Tədbirin sonunda müzakirələr apırılıb, fermerləri maraqlandıran suallar cavablandırılıb, müvafiq məsləhət və tövsiyələr verilib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır