"Ağıllı kənd" layihəsi çərçivəsində Ağalı kənd sakinləri biznes təlimlərinə cəlb olunub
2021-11-02 00:00:00
Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi çərçivəsində mikro biznesin yaradılması üçün kənd sakinlərinə dəstək göstəriləcək. Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Zəngilan Rayon İcra Hakimiyyəti birgə əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində işğaldan azad edilmiş Zəngilan rayonunun sakinlərinə biznes fəaliyyətinə başlanması və məşğulluğun təmin edilməsi üçün dəstək göstəriləcək. Əməkdaşlıq çərçivəsində ilkin mərhələdə 22 nəfər Zəngilan sakini özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik biznes sahələri yaradılacaq. Proqrama cəlb olunan şəxslər təlimləri və qiymətləndirmə mərhələsini uğurla başa vurduqdan sonra Dövlət Məşğulluq Agentliyi tərəfindən fəaliyyət sahələrinə uyğun olaraq müvafiq avadanlıqlarla təmin olunacaqlar.
Artıq sakinlərin məşğul olacağı fəaliyyət sahələrinin və bu istiqamətdə ehtiyaclarının müəyyən olunması üçün KOBİA və Aqrar Xidmətlər Agentliyi tərəfindən sakinlərlə görüşlər keçirilib. Müzakirələrin nəticəsi olaraq, avtoservis, inşaat, məişət avadanlıqları ustası, dərzi, bərbər, gözəllik salonu, un məmulatları istehsalı, ticarət və s. sahələr müəyyənləşdirilib.
Noyabrın 1-dən biznes təlimlərinə başlanılıb. Təlimlərdə iştirakçılar KOBİA-nın təlimçiləri tərəfindən biznes fəaliyyəti üçün zəruri biliklər, dəstək mexanizmləri barədə məlumatlandırılır, onları maraqlandıran suallar cavablandırılır.
Təlimlər noyabr ayının sonunadək davam edəcəkdir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır