Dəmgil xəstəliyinə qarşı mübarizə tədbirləri- fermerlərə məsləhət
2022-07-25 00:00:00
Dəmgil xəstəliyi tumlu meyvə bitkilərinə ən çox zərər verən və Azərbaycan şəraitində çox yayılan göbələk xəstəliklərindən biridir. Onu Fusicladium cinsinə aid göbələklər törədir. Bu xəstəlik zamanı meyvənin səthində girdə, tutqun boz rəngli ləkələr əmələ gəlir.
Meyvələrin erkən müddətlərdə zədələnməsi daha qorxuludur, çünki dəmgil ləkələrinin altında mantarlaşmış qoruyucu toxuma əmələ gəlir və meyvənin belə yerləri inkişaf etmir. Meyvə birtərəfli böyüyür, onun zədələnmiş yerlərinin toxuması çatlayır. Belə meyvələr əmtəəlik dəyərini, tamını itirir və uzun müddət saxlanıla bilmir. Yetişməsinə az qalmış zədələnən meyvələrin forması dəyişilmir. Bu meyvələr çatlamır, lakin 2-ci sorta aid edilir. Xəstəlik saxlanılma zamanı artmır və sağlam meyvələrə keçmir.
Dəmgil meyvənin xarici görünüşünü korlayır, tənəffüsü sürətləndirdiyindən şəkərin və C vitamininin miqdarı azalır. Standarta görə meyvələrin azacıq dəmgil xəstəliyinə tutulmasına yol verilir.
Dəmgil хəstəliyi ən çох yayılmış göbələk хəstəliyidir. Dəmgil xəstəliyinə alma və armudun çiçəkləri, yarpaqları, zoğları və meyvələri tutulur. Alma və armudun yarpağını, birillik zоğlarını, çiçəkləri və meyvələri yоluхdurur. Yarpaqlarda sarı-yaşıl qоturlar əmələ gəlir. Əsasən nəmişlik çох оlanda güclü yayılır.
Yaz aylarında yağıntıların miqdarının normadan artıq olması və havanın temperaturunun aşağı olması meyvə bağlarında dəmgil, qara xərçəng, pas, septorioz, unlu şeh, bakterial xərçəng, ağaclarda yanıq və sair xəstəliklərin geniş yayılmısına şərait yaratmış olur.
Bu il də, yaz aylarında respublikanın şimal və şimal-şərq bölgələrində havaların qeyri-sabit keçməsi, tez-tez yağmurlu günlərin günəşli günlərlə əvəzlənməsi bu bölgələrdə alma bağlarında dəmgil xəstəliyiyinin geniş yayılmasına səbəb olmuşdur.
Bu xəstəliyə əsasən alma və armud tutulur. Alma dəmgilini Venturia inaegualis, armud dəmgilini isə Venturia purna göbələyi törədir. Hər növ göbələk yalnız bir bitkidə xəstəlik əmələ gətirir. Göbələk təkcə meyvələri deyil, bitkinin yarpaqlarını da zədələyir.
Dəmgil yarpaqların üzərində qonur örtüyün əmələ gəlməsi ilə başlayır, sonradan bu yarpaqlar quruyur və tökülür. Yoluxmuş meyvələrin qabığının üzərində kiçik solğun-tünd rəngli, sərhədləri dəqiq görünən ləkələr əmələ gəlir və meyvələr çirkin görünüş alır. Meyvələrin yoluxmuş hissələrində çatlar yaranır. Belə meyvələrdəki ləkələr saxlama zamanı böyüyür və meyvə soluxur. Dəmgil meyvədə çürümə əmələ gətirməsə də bunun üçün mühit yaradır.
Alma və armud bitkisində dəmgil xəstəliyinin infeksiya mənbəyi tökülmüş xəstə yarpaqlardır. Xəstəliyin inkubasiya müddəti 8-21 gün davam edir.
Bu yaranan fəsadları aradan qaldırmaq üçün kompleksi mübarizə tədbirlərini həyata keçirmək lazımdır. Xəstəliklərlə mübarizə məqsədilə aqrotexniki tədbirlər tam yerinə yetirilməli, budama vaxtında aparılmalı, vegetasiyanın sonunda xəstəliyə yoluxmuş bitki qalıqları məhv edilməli, qışlayan infeksiya mənbəyini məhv etmək üçün bağlarda “Qış müalicəsi yağları”, “ABC” və ya “Volk-92” preparatı və “İmidakloprid” tərkibli insektisidlərdən (imidor, imidal, imidan və s.) biri ilə birlikdə çiləmə aparılmalıdır. Dəmgil xəstəliyinə qarşı ağaclarda qönçələrin formalaşması dövrü-1%-li Bordo məhlulu, 0,5%-li Monika bordo preparatları ilə 10-12 gündən bir çiləmə aparılmalıdır. Yağıntıların intensiv olduğu dövrlərdə çiləmələrin sayı artırılmalıdır. İstifadə olunan işçi məhlulun məsarifi 800-1000l/ha-dır.
Vegetasiya müddətində xəstəliyə qarşı aşağıdakı tərkibli preparatlardan istifadə etməklə kimyəvi mübarizə aparılması məsləhətdir: Xlorotalonil 500 q/l—2-2.5q/ha, 62.85 q-l Misə bərabər mis-sulfat—125ml/100l suya, Captan 500q/kq-150q/100 l suya, Difenokonozol 125q/l+Siflufenamid 15q/l-0.5-0.7l/ha, 80% Maneb-300 q/100 l suya,Tiram 800 q/kq-150 q/100 l suya, Xloroksid 500 q/kq-400 q/100 l suya.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır