“Expo 2020 Dubai” sərgisində işğaldan azad olunmuş ərazilərdə aqrar sahəyə investisiya imkanları barədə təqdimatlar keçirilib
2021-12-13 00:00:00
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən “Expo 2020 Dubai” sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə ölkəmizin aqrar imkanları barədə təqdimatlar keçirilib.
“Dubay Expo Mərkəz”də baş tutan tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyinin və Baş Konsulluğunun yüksək vəzifəli şəxsləri, Azərbaycan Respublikasının Dubaydakı ticarət nümayəndəsi, eləcə də xarici şirkətlərin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirinin müşaviri Cavid Musayev Azərbaycanda aqrar sahədə mövcud investisiya imkanları barədə məlumat veriblər. Azərbaycan nümayəndə heyəti tərəfindən işğaldan azad olunmuş ərazilərdə kənd təsərrüfatı sahəsində investisiya üçün aparıcı istiqamətlər və potensial layihələr, Qarabağda həyata keçirilən “Ağıllı kənd” layihəsi və bu sahədə görülmüş işlər, ölkədə tətbiq edilən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi barədə təqdimatlar keçirilib. Tədbir çərçivəsində, “Ağıllı Kənd” layihəsi və Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi ilə bağlı videoçarxlar yayımlanıb.
Təqdimatlardan sonra tədbir iştirakçılarının sualları cavablandırılıb, Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün əlverişli investisiya imkanları barədə məlumatlar xarici iş adamları və özəl sektorun nümayəndələri ilə bölüşülüb.
Tədbir hər iki dövlətin dövlət və özəl sektor nümayəndələri arasında işgüzar görüşlərlə davam edib.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır