Karantin alaq otlarına qarşı mübarizə tədbirləri davam etdirilir
2022-07-21 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları mütəxəssisləri tərəfindən Şəki, Zaqatala, Balakən, Qax,Tovuz rayonlarında karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı ümumilikdə 2920 hektarda fitosanitar müşahidələr və 2486 hektarda mübarizə tədbirləri aparılıb.
Bildiririk ki, Yovşanyarpağı ambroziyza birillik yazlıq alaq bitkisi olmaqla respublika ərazisində, xüsusilə Qax, Zaqatala, Şəki, Balakən rayonlarında geniş yayılmış bütün mədəni və başqa tarla bitkilərinin əkinlərini, bağları, üzümlükləri, cəmənlikləri, otlaqları və meşə zolaqlarına zərər vurur. Zaqatala, Balakən, Şəki və Qax rayonlarında yovşanyarpaqlı ambroziyanın yayılma arealının məhdudlaşdırılması qarşıya məqsəd olaraq qoyulub. Bununla əlaqədar olaraq Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata kecirilir, broşürlər, bukletlər, tövsiyələr hazirlanaraq fermerlərə çatdırılır, vaxtaşırı fermerlərlə görüşlər təşkil edilir, lazımi tövsiyələr verilir, mexaniki və kimyəvi mübarizə tədbirləri aparılır.
Cərgəvi bitkilər arasında ambroziyanın inkişafı üçün əlverişli şərait olduğundan bu alaq otları çox böyük sürətlə inkişaf edərək mədəni bitkilərin inkişafını əngəlləyir, şimal-qərb küləklərinin hakim olduğu bölgədə alaq otları münbit şəraitdə kütləvi toxum verərək asanlıqla yayıla bilirlər.
Qeyd edək ki, karantin alaq otu olan yovşanyarpaqlı ambroziyaya qarşı son ildə aparılan aqrotexniki və kimyəvi mübarizə tədbirlərinin nəticəsində alaq otlarının sahəsi və sirayətlənmə dərəcəsi xeyli azalıb. Mübarizə tədbirləri davam etdirilir. Yovşanyarpaqlı ambroziya təhlükəli alaq bitkisi olmaqla yanaşı, həm də insan sağlamlığı üçün təhlükəlidir. Belə ki, çiçəklənmə dövründə havaya yayılan çoxsaylı tozcuqları insanlarda müəyyən allergik xəstəliklər-ambroziya polinozları əmələ gətirir. Belə insanlarda tənəffüs yolları və gözün selikli qişası şişir, tənəffüs çətinləşir, görmə və ümumilikdə iş qabiliyyəti zəifləyir. Bir müddət sonra allergik reaksiyalar bronxial astmaya çevrilir. Ambroziya tozcuqları sayəsində yaranan allergiya o qədər dayanıqlıdır ki, bu xəstəliyə tutulmuş insan bitkinin bitmədiyi yerlərdə belə xəstəliyin əlamətlərindən əziyyət çəkir. Bu tozcuqlar küləklə uzaq məsafələrə yayılır. Yovşanyarpaqlı ambroziyanın nisbətən çox yayıldığı rayonlarda insanlar arasında allergik xəstəliklərə - ambroziya polinozlarına daha sıx rast gəlinir.
Aqrotexniki mübarizə sahələrin ambroziyadan təmizlənməsində həlledici əhəmiyyət daşıyır. Bu üsul torpaqda alaq otunun toxum ehtiyatının tükənməsinə, torpağın və məhsulun təkrar alaqlanmasının qarşısının alınmasına yönəldilmiş tədbirləri (növbəli əkin sistemində becərilən bitkilərin düzgün növbələnməsini, torpağın becərilməsini, əkinə qulluq və s.) özündə birləşdirir. Ambroziyanın toxum verməsinin qarşısının alınması məqsədilə dənli taxıl bitkilərinin məhsulu yığılandan dərhal sonra sahə şumlanmalı, əkin qabağı kultivasiya aparılmalı, tək-tək qalan alaq otları mexaniki üsulla məhv edilməlidir.
Hazırda Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizə və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin yerli qurumları mütəxəssisləri tərəfindən müşahidə və mübarizə tədbirləri davam etdirilir.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır