Çəyirtkələrin miqrasiyasının qarşısı alınıb
2022-07-14 00:00:00
Aqrar Xidmətlər Agentliyinin Bitki Müfahizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin tərəfindən xüsusi təhlükəli zərərverici olan çəyirtkəkimilərə qarşı davamlı olaraq mübarizə tədbirləri həyata kecirilir. Belə ki, Şamaxı və Quba rayonlarına məxsus ərazilərdə xüsusi təhlükəli zərərli orqanizmlərə aid edilən İtaliya çəyirtkələrinin miqrasiyası hallarına rast gəlinmişdir. Aqrarar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin mütəxəssisləri tərəfindən vaxtında qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində təhlükənin qarşısı alınıb.
İtaliya çəyirtkəsinin faktiki inkişaf fazasında hərəkət intensivliyi və həyat tərzi nəzərə alınmaqla mobil ultra kiçikhəcmli ciləyici aqreqatlarla təchiz olunmuş Mitsibişi-L200 markalı avtomaşın və yerüstü çiləyicilər cəlb olunmaqla sirayətlənmiş ərazilərdə “Arrivo” (t.e.m- 250 q/lt Cypermethrin ) və Chrysamed Dedex (t.e.m.- 10q/lt Alpha-Cypermethrin ULV ) preparatları ilə kimyəvi mübarizə tədbirləri həyata kecirilib. Hazırda həmin ərazilərdə fitosanitar müşahidələr davam etdirilir, aşkarlanan xırda populiyasiyalara qarşı mübarizə tədbirləri aparılır.
Qeyd edək ki, yovşanlı yataqlar, boş yerlər, becərilməyən sahələr, mərzlər, tarlaların kənarları, otarılmış otlaq sahələri, əkinə yararsız torpaqlar və alaq otları ilə sirayətlənmiş sahələr italiya çəyirtkələrinin çoxalma yerləri hesab edilir. Tez-tez mərakeş çəyirtkələri ilə qarışıq populyasiyalar əmələ gətirirlər. Kütləvi çoxalmaları çox böyük sahələri bürüyən fəlakətli vəziyyət yarada bilər. İstilərin və quraqlığın bir neçə il dalbadal davam etməsi əsas məskunlaşma yerlərində çəyirtkələrin sayının sürətlə artmasına səbəb olur. Yayın əvvəlində yağıntıların çoxalması çəyirtkələrin inkişafına mənfi təsir göstərir.
Kiçik dəstələrin miqrasiyası 2-ci yaşdan başlayır. Böyük yaşlı sürfələrdən ibarət dəstələr gün ərzində 400 m-ə qədər və bütün inkişafı dövründə bir neçə kilometrə qədər hərəkət edə bilirlər. İmaqolardan ibarət sürülər gün ərzində 20-30 km (az hallarda 40-60 km) məsafəyə uça bilirlər.
Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan fermer və sahibkarların nəzərinə çatdırır ki, təsərrüfatlarında adıçəkilən zərərverici müşahidə edildiyi halda Agentliyin müvafiq yerli qurumlarına və ya “088 588” Çağrı mərkəzinə məlumat verilsin.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır