Aqrar Xidmətlər Agentliyinin əməkdaşları Türkiyə Respublikasında keçirilən təlimdə iştirak ediblər
2021-12-20 00:00:00
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankının birgə təşkilatçılığı ilə həyata keçirilən “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin toxumçuluq sektorunun inkişafı subkomponenti çərçivəsində əsas benefisiar kimi Aqrar Xidmətlər Agentliyinin (AXA) və onun tabeliyində fəaliyyət göstərən Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin (LESM) toxumçuluq istiqaməti üzrə fəaliyyətin dəstəklənməsi nəzərdə tutulub. Bu istiqamətdə bir sıra dəstək tədbirləri həyata keçirilib və LESM-in regional və mərkəzi laboratoriyaları müasir avadanlıqlar ilə təchiz edilib.
LESM-in Mərkəzi Laboratoriyasının ISTA (Beynəlxalq Toxum Sınağı Assosasiyası) və OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı) standartlarına uyğun fəaliyyətinin təmin olunması üçün Aqrar Xidmətlər Agentliyinin aparatının və LESM-in 15 nəfər əməkdaşı yeni sortların sınağı, qeydiyyatı, toxumçuluq və tingçilik sahəsində beynəlxalq təcrübəni öyrənmək məqsədilə beş gün müddətində Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşə Nazirliyinin Ankara şəhərində yerləşən Toxumların Qeydiyyatı və Sertifikatlaşdırma Mərkəzində (TTSMM) təlim keçiblər. Təlimdə İSTA texniki heyətinin üzvü olan peşəkar mütəxəssislər tərəfindən TTSMM-in vəzifə və funksiyaları, sort və toxum qeydiyyat sistemi, toxum sertifikatlaşdırma sistemi, toxumçuluq sisteminin İSTA və OECD standartlarına uyğunlaşdırılması, bitkiçilikdə sort-sınaqların aparılması qaydaları, toxum partiyalarının qablaşdırılması və etiketlənməsi, ting istehsalı və sertifikatlaşdırılması, laboratoriya şəraitində toxum analizlərinin aparılması və s. mövzular üzrə mühazirələr və praktik məşğələlər keçirilib.
Həmçinin, təlim iştirakçıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün məqbərəsini ziyarət edib, Ankara qalası, Anadolu Mədəniyyət muzeyi ilə tanış olublar.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır