Azərbaycan və Gürcüstan arasında baytarlıq sahəsində əməkdaşlıq müzakirə olunub
2022-07-08 00:00:00
Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti baytarlıq sahəsində əmədaşlığın inkişaf etdirilməsi məqsədilə Gürcüstana səfərə gedib. Səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidməti Mərkəzi, Baytarlıq Elmi-Tədqiqat İnstitutunun rəhbərliyi və əməkdaşları Gürcüstanın Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili və nazirliyin nümayəndələri ilə görüşüb. Görüşdə baytarlıq sahəsində transsərhəd xəstəliklərinə qarşı biotəhlükəsizlik və biomühafizə tədbirləri müzakirə edilib. Tərəflər Azərbaycan və Gürcüstan arasında baytarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını ifadə ediblər.
Azərbaycan nümayəndə heyəti ölkəmizdə baytarlıq sahəsində həyata keçirilən institusional dəyişikliklər, fermerlərə daha çevik laboratoriya xidməti göstərmək üçün müasir laboratoriya şəbəkəsinin gücləndirilməsi, Özəl Baytarlıq Xidmətinə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Tədbirdə Baytarlıq Elmi-Tədqiqat İnstitutunun elmi nailiyyətləri, strukturu və baytarlıq laboratoriyalarının fəaliyyəti, yoluxucu heyvan xəstəlikləri ilə mübarizə tədbirləri barədə təqdimat keçirilib.
Gürcüstanın Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı nazirinin müavini Solomon Pavliaşvili isə öz növbəsində nazirliyin fəaliyyəti, müasir standartlara cavab verən laboratoriyaların yaradılması barədə məlumat verib. Nazir müavini aqrar sahədə Azərbaycanla əməkdaşlığın vacibliyini diqqətə catdırıb.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb. Daha sonra Azərbaycanın nümayəndə heyəti Gürcüstanın Ətraf Mühitin Qorunması və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Laboratoriyasının, Marneuli şəhərində Regional Baytarlıq Laboratoriyasının və R.Luqar adına Elmi-Tədqiqat İctimai Sağlamlıq Mərkəzinin fəaliyyəti ilə tanış olub.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır