Brüsseldə Azərbaycanın “Ağıllı kənd” modelini təbliğ edən tədbirlər keçirilib
2022-06-30 00:00:00
Avropa Parlamentində erməni işğalından azad olunmuş Azərbaycanın Zəngilan rayonundakı Ağalı kəndində uğurla həyata keçirilən “Ağıllı kənd” layihəsinin təqdimatı keçirilib.
Tədbirdə Avropa Parlamentinin özündə birləşdirən “Ağıllı kənd”lər üzrə parlament qrupunun 45 üzvü ilə yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov iştirak ediblər.
Mirzə Əliyev Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri barəsində ətraflı məlumat verib, Ağalı “Ağıllı kənd” layihəsi çərçivəsində görülmüş işləri avroparlamentarların diqqətinə çatdırıb, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.
Ən yüksək beynəlxalq standartlara cavab verən bu layihə çərçivəsində həmin kənddə yaşayacaq vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi və bu məqsədlə ən müasir rəqəmsal, həmçinin texnoloji həllərin tətbiqi böyük maraqla qarşılanıb. Tədbirdə yaşıl enerji mənbələri, enerji səmərəliliyi, ağıllı kənd təsərrüfatı üsullarının istifadəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Avropa Parlamentinin üzvləri ölkəmizdə bu istiqamətdə qazanılmış təcrübə ilə yerində tanış olmaq üçün Azərbaycana səfər etmək niyyətində olduqlarını bildiriblər.
Eyni zamanda, Brüsseldə yerləşən Avropa Ağıllı Kəndlər Forumunun təşkilatçılığı və Belçikadakı Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilmiş növbəti təqdimatda Avropa Parlamentinin deputatları, Avropa Komissiyasının rəsmiləri, Belçikadakı diplomatik korpusun əməkdaşları, tədqiqat mərkəzlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Avropa Parlamentinin üzvü, Avropa Ağıllı Kəndlər Forumunun həmsədri Frank Boqoviç və səfir Vaqif Sadıqov layihənin əhəmiyyətini vurğulayıblar. Daha sonra, Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev qonaqları Ağalı “Ağıllı kənd” layihəsi çərçivəsində görülmüş işlər haqqında məlumatlandırıb.
Növbəti tədbirdə Ağalı “Ağıllı kənd” layihəsini təqdim etmək məqsədilə Avropa Komissiyasının Xarici Fəaliyyət Xidməti, Qonşuluq Siyasəti və Kənd Təsərrüfatı üzrə Baş Direktorluqlarının rəsmiləri ilə görüş keçirilib. Görüş zamanı Mirzə Əliyev sözügedən layihə barədə təqdimatla çıxış edib və sualları cavablandırıb
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır