Texnikaların dövlət qeydiyyatı və texniki baxışı önəmlidir
2021-12-23 00:00:00
Aqrar Xidmətlər Agentliyinin əsas fəaliyyət istiqamətlərindən biri də mexaniki nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki nəzarətinin həyata keçirilməsi, daşınar əmlakın reysterinin aparılması, sürücülük vəsiqələrinin verilməsi və dəyişdirilməsidir. Bununla əlaqədar olaraq Agentliyin əməkdaşları tərəfindən mütəmadi olaraq respublikanın bölgələrində monitorinqlər keçirillib, qanunvericiliyin tələblərinə əməl etməyən texnika istifadəçiləri barədə inzibati xəta protokolları tərtib edilib, həmçinin maarifləndirmə tədbirləri həyata keçirilib.
Belə ki, cari ilin yanvar ayından dekabrın 20-dək 7102 ədəd nəqliyyat vasitələri ilkin, 9093 ədədi isə təkrar dövlət qeydiyyatına alınmış, 1379 ədəd nəqliyyat vasitələri uçotdan çıxarılmış, 47652 ədəd nəqliyyat vasitələrinə dövlət texniki baxışı keçirilmiş, 4486 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilmiş və 2216 sürücülük vəsiqəsi dəyişdirilmişdir. Eyni zamanda 1600 ədəd inzibati xəta üzrə cərimə protokolları tərtib edilmişdir.
Bildiririk ki,mövcüd qanunvericiliyin tələblərinə uyğun olaraq Respublika ərazisində daimi və ya müvəqqəti qeydiyyatda olan, mülkiyyət formasından asılı olmayaraq hüquqi və fiziki şəxslərin traktorlara, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən bütün mexaniki nəqliyyat vasitələrinə və qoşqularına (yarımqoşqularına) dövlət texniki baxışı ildə bir dəfə həyata keçirilir. Texnika istifadəçiləri nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün müddətində nəqliyyat vasitəsini texniki baxışdan keçirməlidir.
Texnika istifadəçilərinin nəzərinə catdırılır ki, mexaniki nəqliyyat vasitələri əldə olunduğu vaxtdan 10 gün müddətinə dövlət qeydiyyatına alınmalıdır. Dövlət qeydiyyatına alınmayan və müəyyən edilmiş vaxtda dövlət texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin istismarı qadağandır.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır