Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinə müraciət edir
2022-02-18 00:00:00
Bildirilir ki, mövcüd qanunvericiliyin tələblərinə uygun olaraq traktor və digər mexaniki nəqliyyat vasitələri, həmçinin onların qoşquları əldə olundugu gündən 10 gün müddətinə dövlət qeydiyyatına alınmalı və ildə bir dəfə dövlət texniki baxışa təqdim olunmalıdır.
Belə ki, cari ilin yanvar ayından 3787ədəd nəqliyyat vasitələri texniki baxışdan kecirilmiş 1074 ədədi dövlət qeydiyyatına alınmış, 298 ədəd traktor və digər nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi verilmiş və 357 sürücülük vəsiqəsi dəyişdirilmişdir. Eyni zamanda121ədəd inzibati xəta üzrə cərimə protokolları tərtib edilmişdir.
Qeyd olunan xidmətləri həyata keçirmək üçün aşağıdakı sənədlərin təqdim olunması və dovlət rüsumlarının ödənilməsi vacibdir.
Nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması üçün:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi vəsiqəsi;
Hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
Qanunvericilik ilə müəyyən edilmiş qaydada onun sahibliyini təsdiq edən sənəd, istehsalçı zavodun verdiyi təhvil-təslim aktı, məhkəmənin qərarı;
Rüsumların ödənilməsi barədə sənəd;
"İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari sığorta şəhadətnaməsi;
Azərbaycan Respublikasının ərazisinə hüquqi və fiziki şəxslər tərəfindən gətirilmiş nəqliyyat vasitəsi üçün gömrük orqanlarının verdiyi icazə sənədi, nəqliyyat vasitəsinin əvvəl qeydə alındığı dövlətin daimi qeydiyyatından çıxarıldığına dair sənəd, onun qeydiyyat və ya tranzit nişanları.
Nəqliyyat vasitəsinin ipotekasının dövlət qeydiyyatının aparılması:
İpoteka müqaviləsinin notariat qaydasında təsdiq edilmiş surəti;
Dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd;
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
Ödəniləcək dövlət rüsumları:
Nəqliyyat vasitələrinin daimi uçota alınması 10₼
Dövlət qeydiyyat nişanının verilməsi 15₼
Dövlət qeydiyyat şəhadətnaməsinin verilməsi 10₼
Dövlət texniki baxışının keçirilməsi və elektron talonunun qeydə alınması 15₼
Alqı-satqı müqaviləsinin qeydiyyatı 10₼
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu 10₼
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin
verilməsi (dəyişdirilməsi) 10₼
Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması10₼
“Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə texnikanı dövlət qeydiyyatından və ya texniki baxışdan keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş texnika icarə müqaviləsi (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə görə Azərbaycan Respublikasınən İnzibati Xətalar Məcəlləsinin 340.1 maddəsinə əsasən: "Fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir".
Traktorlar və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün imtahanların qəbulu və sürücülük vəsiqəsinin verilməsi ücün:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
Təhsil haqqında şəhadətnamə və ya diplom (müvafiq kateqoriyalı nəqliyyat vasitələri sürücülərinin hazırlanması üzrə təhsil müəssisəsinin sənədi: verdiyi şəhadətnamə və ya diplomun surəti);
Tibbi arayış (Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş formada);
Dövlət rüsumu elektron qaydada ödənilmədiyi halda, dövlət rüsumunun ödənilməsi barədə sənəd (sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə dövlət rüsumunun ödənilməsi barədə sənəd).
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinin dəyişdirilməsi ücün:
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi (müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində əcnəbinin şəxsiyyətini təsdiq edən sənəd və ya Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi);
Traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
Sürücülük vəsiqəsi itdiyi halda ixtisas haqqında şəhadətnamə, diplom (sertifikat) və tibbi arayış, itirilmə barədə DİN-dən arayış.
Kənd təsərrüfatı texnikasının sığortalanması üçün sığorta şirkətlərinə müraciət etmək lazımdır.
“İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq texnikalar üzrə əmsallar fərqlidir:
Nəqliyyat vasitəsinin dövlət texniki baxışının keçirilməsi üçün tələb olunan sənədlər:
Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sənəd (sürücülük vəsiqəsi);
Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
Dövlət rüsumunun ödənilməsi barədə sənəd;
“İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair icbari sığorta şəhadətnaməsi.
Texnika istifadəçilərinin nəzərinə catdırılır ki, qeyq olunanlarla bağlı aidiyyati üzrə rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərinə müraciət edilməsi tövsiyə olunur.
Xəbərlər
Bölgələrdə heyvanların identifikasiyası ilə bağlı müşavirələr davam edir
Quba rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Nazir Məcnun Məmmədovun Zaqatalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Aqrar Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq forumda iştirak edib
Avropa İttifaqı nəşrində “Ağalı ağıllı kənd” haqqında məqalə dərc olunub
QARAMALIN FRANSAİELOZ XƏSTƏLİYİNDƏN QORUNMASINA DAİR FERMERLƏRƏ MƏSLƏHƏT
Quba rayonunda epizootiya əleyhinə profilaktik tədbirlər davam etdirilir
Qoyun və keçilərin nayrobi xəstəliyindən qorunması – Fermerlərə məsləhət
Aqrar Xidmətlər Agentliyi Həmkarlar İttifaqı Komitəsi müsabiqə elan edib
Çəyirtkəkimilərə qarşı mübarizə tədbirlərinə hazırlıqlar davam etdirilir
Oğuz rayonunda heyvanlar arasında profilaktiki tədbirlər davam etdirilir
Toxum və ting istehsalçılarına subsidiyanın verilməsi prosesi yekunlaşıb
Xaçmazda cari ilin epizootiya əleyhinə profilaktik tədbirləri yekunlaşır